RƏBBİMƏ QALXAN ƏLLƏR
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 21:46 18 yanvar 2015 tarixində əlavə olunmuşdur

Dünyaya gələn gündən,
Yorulmadan çalışır.
Hər zəhmətə qatlaşıb,
Min əzaba qarışır,
Rəbbimə qalxan əllər.

Görüşüb salam verir,
Hər tanıdıq görəndə.
Qorxusundan dilənir,
Tənbəl olanda bəndə,
Rəbbimə qalxan əllər.

Qarda ,qışda,boranda,
Hər havada çalışır.
Cəkib dünya mülkünü,
Odda ,közdə alışır,
Rəbbimə qalxan əllər.

Sərəncam imzalayıb,
Min bir bəyanat verir.
Qatil cinayətkara,
Ölüm hökmünü kəsir
Rəbbimə qalxan əllər.

İşarəylə havada ,
Azadlığa səsləyir.
Qorxaq,namərd ruhunu
Şok içindən, dur deyir,
Rəbbimə qalxan əllər.

Bağ-bağçalar,becərir,
Mer-meyvə,toxum əkir.
Bir yetim görəndə də,
Başına sığal çəkir
Rəbbimə qalxan əllər.

Cismimi dəstamazla
Namaza oyandırır.
O öz şükran borcuyla.
Ruhumu nurlandırır.
Rəbbimə qalxan əllər.
Rəbbimə qalxan əllər.

Müəllif : Şəfa PİRİYEVA


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+25=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye