Rəhmət dilərik Allahdan sənə.
Hörmət edərik hər zaman sənə.
****
İllər ötüşüb keçsə dövüran.
Çıxmaz yadımızdan şəhid olan.
****
Verdin Vətənin borcun can ilə,
Əlbət,yuyarıq qanı qan ilə.
****
Sən çəkmə fikir,yetmədin kama,
Səslər bizi ruhun intiqama.
***
Bilməz nədi göz yaşı analar,
Onlar da oğul üçün yanalar.
***
Allah verəcək hökmü-şəfaət,
Cənnətdi yerin,bil ki,nəhayət.
***
Mövlud edəcək ruhuna dua,
Allah nəzərindən olma cuda.
2.08.2014.Zərdabi.Mövlud Ağamməd.