RƏNGİMİ İTİRMİŞƏM
Gözlərinin rənginə,
Saçlarının ahənginə,
Varlığının tümünə
Aşiq oldum, birdənəm...
Sənsiz yoxam, bilginən.
Elə bil ki bitmişəm,
Bu rəngli dünyada mən
Rəngimi itirmişəm...
Rəngimi itirmişəm...
***
Solub bənizim mənim.
Donub dənizim mənim,
Sənsiz tənha sahildə
Qalmışam, üşüyürəm...
Yaşamıram dünyada,
Sanki çoxdan getmişəm.
Sənsiz bu qısa ömrü
Vallahi bitirmişəm...
Artıq rəngsiz tabloyam,
Rəngimi itirmişəm...
Rəngimi itirmişəm...
***
Susma! Bir şey söylə, gəl!
Sənsiz bu qaranlığı
Varlığınla dağıt, dəl!
Gör ki, neçə zamandır
Açılıbdı iki əl
Sənə doğru, mələyim...
Sən olmusan gərəyim.
Ölüm belə sənsiz
Artıq gəlmək istəmir.
Gəl, bitir bu əzabı...
Kağız-qələm içində
Deyəsən mən itmişəm,
Rəngimi itirmişəm...
Rəngimi itirmişəm...
***
Duyğularım sönməyib,
Qorxma, heç nə ölməyib.
Sadəcə sənsizlik,
Bir də “sən” deyə
Ümidim var mənim...
İstəmirəm ayrılım
Sənlə dolu dünyadan,
Sənsizliklə boğulum
Bu dərin “dəryada”...
Sənsiz heç nə yoxdu
Sezmişəm.
Sənsizlikdən bezmişəm...
Daha göy qurşağı da
Deyir ki, rənglərimi
İtirmişəm.
Mən də ona qoşulub
Söyləyirəm:
Rəngimi itirmişəm...
Rəngimi itirmişəm...
ELŞƏN İSMAYIL
Yazar və Rejissor