Rəngsiz xoşbəxtlik
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 12:33 29 iyul 2015 tarixində əlavə olunmuşdur

Bu gün biraz kədərli gördüm səni
Elə bil ki, gülüşlərivi oğurlamışdılar.
Bəs saçlarıvı niyə kəsmisən?
Bircə demə ki, özgə əllər toxunmuşdu saçlarıma.

Gəl otur, mənə biraz rənglərdən danış
Məsələn, xoşbəxtliyin rəngini de, çünki mən unutmuşam.
Bilirsən, bu gün səhər kədər dağılmışdı üzərimə
İndi məndə sənin kimi, kədərin istisini hiss edirəm.

Hara gedirsən saçsız qadın?
Bax görürsən günəş batır, otur indi sənə şeir dəmliyəcəm.
İstəyirsən qal burda, qollarım var üşümərsən
Amma mən üşüyəcəm, çünki sənin saçların yoxdur...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0322 saniye