Rəssam, bir şəkil çək, elə şəkil ki,
Olmasın o gözdə nişanə qəmdən.
Təbəssüm əks elə, qəmi itir ki,
Şevincli portret alınsın məndən.
Baxanda nə həsrət,nə ah-vay olsun,
Ətrafım gül çiçək, gözəl mənzərə.
Orda hündür ağac, bir də çay olsun,
Bənzəsin o çay da mavi Xəzərə .
Sevgime bir rəng vur, qəmi unudum,
Düşməyim söhbətə, düşməyim dilə.
Başımın üstündə dolan buludum,
Damlasın şəkildə qoy gilə-gilə.
Elə çək ayım da, günəşim də nur
Saçib ətrafımı bürüsün tamam.
Yeni gün, yeni il, bir də mən Seymur-
Yeni ildə olum tam başqa adam!