Rəssamın Gözündə Cənnətin Təsviri
Uraqan tərəfindən "" bolməsinə 21:33 05 aprel 2015 tarixində əlavə olunmuşdur

Bizlər nə üçün şəkil çəkirik? İstedadımızı artırmaq üçünmü? Bacarığımızı göstərmək üçün, yoxsa,  rallıqlardan uzaqlaşıb öz dünyamızı yaratmaq üçünmü?

Və hər qurduğumuz dünyanın rənglərini ölçülərini özümüz seçirik. Gerçək dünyada bunları etmək bir az çətindir. Amma hər adam bacarmaz rəssamlığı, istədiyi dünyanı qurmağı yaratmağı.

Fantaziya kifayət etməz, gərək əlimizdə qabiliyyət də olsun. Təəssüf ki, bizdə də o bacarıq yoxdur. Ona görə də bu gün çəkəcəyim şəkil fantaziyam əsasında olacaq.

Otururam sevimli stoluma və lazım olan vərəqi götürürəm. Bu gün nə çəksəmm? Tapdım. Sakit olan həyatı və mənim üçün sadə olan arzularımı. Kimin üçünsə şablon olan və kimlər üçünsə öz düşüncələrini, hisslərini tapacağı arzularını.

Qələmi alıb ilk öncə yaşıl çəmənliyi çəkirəm. Buralar çox sakitdir. Şəlalənin həzin axışını izləmək olur. Arxaya baxınca hündür dağları görə bilərik. Hər tərəf rəngarəng çiçəklərlə doludur. Burda görmədiyimiz bütün rəngləri görmək olar. Təxəyyüldəyik, istədiyimiz hər bir şeyi edə bilirik. Bütün tabularımızı aşmışıq. Sərhədlər yoxdu burda. Bütün pisliklərdən uzaq bir yerdəyik.

Şəkildən baxınca o evi görmək olur. İlk baxışdan qəribə görsənsə də çox sadədir. Xeyr bu ev təbiətin axışını korlamır. Ağacdan ev düzəltmək çox adamın ağlına gələr, amma o ağacı evə çevirməyi hamı düşünməz. Çəmənlikdən görülən yekə və yalnız ağac bu idi. Nə qədər qəribə görsənsə də ağacın hər budağı insana bir otağı xatırladırdı. Rəsmdəki ağacın digər ağaclardan fərqi bu ağacın kötüyü və hər bir budağı  çox yekə və enli olması. Ən maraqlısı isə ağac qabıqlarının üstü tamamilə yarpaqlarla örtülmüş olmasıydı. Bu yarpaqlar ağaca xüsusi ecazkar gözəllik verirdi. Yarpaqlar hamının bildiyi kimi yaşıl deyildi. Heç nə hamının bildiyi kimi deyildi. Evin yarpaqları daha çox bənövşəyiyə çalırdı.

Xeyr, Xeyr, bu evdə insanlar yaşamırdı və bura bizim rəal həyatdan tamamilə fərqlənirdi. Bura cənnəti xatırladırdı. Yəgin ki, hər kəsin bir cənnəti var və mənim üçün  cənnətin özüydü bura... 


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0266 saniye