Ricardo Flores Magon- meksikalı anarxist və Meksika inqilabının banilərindən biri
Elməddin Səmədzadə tərəfindən "" bolməsinə 13:31 26 dekabr 2014 tarixində əlavə olunmuşdur

Ricardo Flores Magon- meksikalı anarxist və Meksika inqilabının banilərindən biridir. Qardaşı Enrique Flores Magon ilə bir yerdə «Regeneracion» ( « Dirçəliş » ) qəzetini nərş etdirib, həmçinin general Porfirio Diaz'ın rejimini tənqid edirdilər. Ricardo Flores Magon həmçinin Diaz hakimiyyətinə qarşı bir neçə üsyanın da başlamasında əli olub. 1901-ci ildə qardaşı Enrique ilə "Meksika Liberal partiyası"nı yaradır. Adında "liberal" sözü olmasına baxmayaraq partiya daha çox "anarxizm"ə daha yaxın idi, bərabərlik uğrunda mübarizə apararaq və özəl mülkiyyətə qarşı çıxaraq. Hakimiyyət tərəfindən təziqlərə məruz qaldıqdan sonra, 1904-cü ildə ABŞa mühacirət etmiş və Diaz diktaturasına qarşı mübarizəyə rəhbərliyi oradan davam etdirmişdir. Kropotkinin "The Conquest of Bread" kitabı 1911-ci ildə Cənubi Kaliforniyada baş qaldıran qısa ömürlü "magonist" üsyanlar üçün əsas vəsait olmuşdur. Oktyabr inqilabını dəstəkləmişdir. Ricardo Flores Magon inqilabi fəaliyyətlərinə görə ABŞ höküməti tərəfindən 5 dəfə həbs olunmuşdu, 1918ci ildə anti-hərbi propoqanda apardığına görə 20 il azadlıqdan məhrum edilib və elə orda da ölmüşdür. Bəlkə də həbsxana xidmətçiləri tərəfindən öldürülmüşdür.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+3=
Hesaba giriş
Müəllif

Elməddin Səmədzadə
Haqqında
marksist-leninist
Əlaqə
E-mail:
bobmeddin@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.023 saniye