R.I.P BTAL
Nazim Totti tərəfindən "İnşa" bolməsinə 01:21 24 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Bu yazımı həsr edirəm Bakı Türk Anadolu Litseyində nə vaxtsa müəllimlik etmiş şəxsən tələbəsi olduğum müəllimlərə. O müəllimlərə ki, onlarla pis və yaxşı günlər keçirdik, gün oldu sevindik, gün oldu kədərləndik. Bu yazını yazanda belə kədərlənirəm. Bir gün çox sevdiyim müəllimlərimizin məktəbdən çıxıb gedəcəyinə ehtimal vermirdim. Lakin indi... Onlarla keçirə biləcəyim ancaq itirdiyim hər bir saniyəyə görə o qədər peşmanam ki...

8 May 2012 tarixində BTALda keçirilən qəbul imtahanından uyğun nəticə əldə edərək məktəbimizə daxil oldum. Sizə danışım Hz-C sinfindən. İlk gün. Hamı kostyumda, saçlar səliqəli, köynəklər şalvarda. Tam qayda qanuna uyğun tələbələr. Məktəbin ilk günləri. Yanımda hal hazırda paralel sinif yoldaşım olan Coşqun, arxamda Carullah. İlk dərs İngilis dili dərsi idi. Bazar ertəsi günü ilk iki dərs. Dərs proqramı sonradan dəyişsə belə o ilk günü heç vaxt unutmayacağam. Əslində Ertan hoca ilə aram o qədər də yaxşı olmamışdı. Parta yoldaşım Günaya kömək etdiyim üçün 30 balımı kəsmişdi. Lakin etdiyim düzgün bir şey deyildi. Sonra ondan üzr istədim. Lakin o soyuqluq aramızda az da olsa qaldı. Ertan hoca növbəti il iş müddəti bitdiyinə görə məktəbi tərk etdi.

Fatma hocam var idi. İndi də var. Hələ də imkan düşdükcə onunla əlaqə saxlıyıram. Səhhəti ilə olan problemlərinə görə məkktəbimizi vaxtından əvvəl tərk etdi. Fatma Hocanı hər yadıma salanda meydanı zədə səbəbi ilə meydançanı vaxtından əvvəl tərk edən futbolçular yadıma düşür. Zədəyə görə karyerası bitən futbolçular. Fatma hoca bizi çox sevirdi. Dəyər verərdi bizə. Türk Tarixi dərsini mənə sevdirən insan idi. Fatma hocam üçün çox darıxdım. Tənəffüslərdə gəlib əlimizdən götürərdi telefonu. Yalvarırdıq ki, hocam müdürə vermiyin xahiş edirik. O da qıya bilmirdi bizə. 6-cı dərs gəl yanıma verərəm telefonunu deyərdi. Getdiyini eşidəndə sanki bir neçə saniyəlik nəfəs ala bilmədim. Gələn il qayıdacaq demişdi. Onunla vədalaşa bilmədim. Sizi çox sevirəm Fatma hocam.

Ali Devrim hocam var idi. Bozqurdun BTALdaki canlı nümunəsi idi. Heç vaxt fikirlərini gizlətməzdi. Mənə az köməyi dəyməmişdi. Yadımdadır, məktəbdə ümumi axtarış olmuşdu. Telefonları yığmışdılar. Mənim telefonumun ekranında TÜRK bayrağı var idi. Mənim telefonumu götürmədi. Gülümsədi, telefonu mənə verdi. Ali hocama müdürlük bir başqa yaraşırdı. Məktəb həyətində 200-ə yaxın tələbənin qarşısında dayanardı əlindəki açarı ilə. Bu insan 200 nəfər tələbəni sadəcə duruşu və əlindəki açarını fırlatması ilə susdura bilərdi. Alın yazısı deyirlər. Bu adamın alın yazısında müdürlük yazılmışdı. Getdiyinə görə çox məyus oldum. Lakin biz inanırıq. Bir gün BOZQURD geri dönəcək.

Mehmet Erkal hocam var idi. Din Kültürü müəllimimiz. Məktəbdə onu sevmiyən insan yox idi. Məktəbimizi tərk etdi. Lakin hələ də qəlbimizdədir. Uşaqlara yazığı gələrdi. Əziyyət çəkdiyimizi görürdü. Bizə imtahanlarda çox köməyi dəymişdi. Heç vaxt qiymətdən kəsməzdi. O da bir BOZQURD idi. Mehmet Erkal hocam nadir tapılan insanlardan biri idi. Son dərəcə sakin, gülərüz. Hocam sizin üçün darıxırıq. BTAL sizsiz keçinə bilmir. Dediyim kimi bir gün BOZQURD geri döndükdə sizi yanımızda görməyi arzu edirik.

Tələbəsi olmadığıma baxmayaraq bu müəllimin BTAL-da başqa bir yeri var idi. Məktəbimizin psixoloqu Ümit Fidanboy hocam. İlk dəfə bu müəllimlə məktəbdəki ilk dərs ilimin əvvəllərində qarşılaşdım. Sinif yoldaşımla mübahisəm olmuşdu və müəllim bizi Ümit hocanın yanına apardı. Orada bir daha belə bir şeyin olmamasına söz verdik və otağı tərk etdik. Ürəyi təmiz, ciddi lakin eyni anda mərhəmətli insanlar grupuna aid etmək olar bu şəxsi. Məktəbimizi tərk etdi və buna görə çox məyus oldum. Məyusluğum məktəbimizi tərk etdiyinə görə deyil, dediyim kimi hər kəs bir gün gedəcək. Məyusluğum bu müəllimin tələbəsi ola bilmədiyimə görədir. Səni də unutmadıq Ümit hoca!

Zülfikar hocamız vardı bir də... Zülfikar hocamız... Bir çoxu Zülfikar hocanı sevmirdi, bəzən adamı heç də güldürməyən zarafatlarına görə bəzənsə dərslərdə çox qəddar davrandığına görə. Amma Zülfikar hoca əslində nə qəddar birisiydi nə də ki, boş danışmazdı. Hər sözündə bir məna hər tənqid və ya təhqirində var idi bir sətiraltı, bir məsləhət, bir nəsihət. Heç vaxt yadımdan çıxmaz Hazırlık sinifində onun əlini öpmüşdüm deyə uşaqlardan 1-2si məzələnmişdi. Amma mən hələ də fəxr edirəm onun kimi bir adamın əlini öpmüşəm. Hocam mən sizi çox incitdim haqqınızı halal eliyin mənə. Mən bugün bu məktəbdəyəmsə bəlkə də sizə borcluyam.

Unutmayacağım BTAL günlərində Haydar Hocanın adını çəkməsəm böyük bir səhv etmiş olaram. Türklərin gözəl bir sözü var: “Hem severim hem de döverim”... Haydar hoca buna ən gözəl nümunə idi. Bakıda olduğu 5 il ərzində bizi həm sevdi həm döydü. Bir dəfə imtahandan “30” almışdım deyə “ulen Nazım neden çalışmıyosun lan” deyib döymüşdü sonraki imtahanda “85” aldım bu dəfə gəlib əvvəlcə təriflədi sonra elə bil beyni 180 dərəcə çöndü və “lan neden 100 almadın” deyib yenə döymüşdü. Səhərlər dərsdə yuxu tutub yatanda “Uleen! Uyuşuk!” deməsi ilə oyanardıq. Əgər litseyimizin müdürü səs vermə ilə seçilsəydi Haydar hoca seçilərdi.

Və gəldim bu məqaləmin sonuncu, ən vacib hissəsinə... Mənim BTAL-a keçmə səbəblərimdən biri, mənim BTAL-da qalmam və qovulmamam səbəblərindən biri olan Mehmet Barış Büyüktürk hocama. Bu sətirləri yazanda belə özümü bir qəribə hiss elədim. Artıq Lise 4-dəyəm. Litseyi bu il bitirəcəm. Bundan əvvəlki 3 ilim keçdi birdən birə gözümün qabağından. Bəzən sevinc, bəzən kədər...

Barış hoca mənim Hz-C sinfində sinif rəhbərim olub. Onu mən əvvəlcədən hələ Atatürk Litseyində oxuyanda tanıyırdım. Fizika müəlliməm Canan hocam, Barış hocamın xanımı idi. Əslində elə o mənə məsləhət görmüşdü BTAL-ı. Heç vaxt unutmaram 1. dərs günü elə bazar ertəsi idi, 3. və 4. dərslər Riyaziyyat dərsləri idi. Hərkəs bir-bir ayağa qalxıb özünü təqdim etdi. Məndə riyaziyyata xüsusi bir maraq var idi. Ömür boyu belə idi və hələ də belədir. Barış hoca 9. sinifdə dərsimizə girmədi. Hz-C bölündü. Mən 9-B sinfinə düşdüm, Barış hoca bizim dərsimizə girmədi. Lakin bu 1 il ərzində o mənim məktəbdə sevdiyim ən yaxşı hoca olaraq qaldı. 10. sinifdə Barış hoca Geometri dərsimizə girdi və birgün söhbət arasında o dedi: “Uşaqlar bu mənim Bakıdakı son ilimdir.” Bu an özümü sanki, gözləmədiyi anda gözləmədiyi yerdən zərbə alan əsgər kimi hiss etdim. Axı necə ola bilərdi ki, mənim ən sevdiyim müəllimim Barış hoca məktəbimizi tərk etsin?

Bu yazımı yazmaya elə o vaxt qərar verdim. Çünki 2014-2015 tədris ili BTALda rəsmən bir dövrün bağlandığı il idi. Hardasa bütün müəllimlərimiz dəyişəcəkdi. Yepyeni bir BTAL... Adama qəribə gəlirdi. Barış hoca, Galatasaray fanatı idi. Mən isə Fenerbahçeliyəm. Həmişə onunla zarafat edərdik İstanbul derbisi mövzusunda. Barış hoca məktəbdəki hər bil tələbəsini sevirdi. Amma o mənim üçün bir başqa müəllim idi mən isə onun üçün bir başqa şagird. Dərs ilinin axırlarına doğru bəzi işlərinə görə Türkiyəyə getmişdi mənə İstanbuldan, Fenerbahçenin “Efsaneler” dəftərini hədiyyə olaraq gətirdi. Hələ 1 vərəqinə belə toxunmamışam. Ömrümün sonuna qədər yadigar saxlıyacam və içinə nə yazacağımı da bilmirəm. Bəlkə də qocalanda cavanlıqdaki, gözəl xatirələrimi qeyd edib bir kitab kimi satışa çıxardaram. Bu gözəl hədiyyəsi qarşılığında mən də ona Azərbaycandan bir yadigar qalsın deyə öz ölkəmin doğma şəhərimin klubu olan Neftçi şərfi hədiyyə ettim.

Barışa hoca çox mədəniyyətli bir insan idi. Hər şeydən qabaq o bir insan idi. Tarix müəllimimiz Qəzənfər müəllim onun haqqında “Bəlkə də bu boyda BTAL-da Barış bəy qədər savadlı və eyni zamanda mədəniyyətli şəxsiyyət yoxdur.” deyə fikir bildirmişdi. Barış hoca müəllimlərin Messisi idi. Kimsə bu dünyada ən yaxşı müəllim idi amma Barış hoca bu dünyadan deyildi...

Bu yazımı həsr edirəm BTAL-ın gəlmiş keçmiş ən yaxşı müəllimlərindən bəzilərinə. Bəlkə gələcəkdə 10-15 il sonra Hazırlık sinfinə gələn bir uşaq bu yazını oxuyub müəllimlərinə dəyər verəcək. Bir şeyi əsla və əsla unutmayın ki, hər kəsin öz Barış hocası vardır.   


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+8=
Hesaba giriş
Müəllif

Nazim Totti
Haqqında
2005-ci ildən NEFTÇİ azarkeşi. Forza Neftçi Azad Azarkeş Qrupunun üzvü.
Əlaqə
Tel.:
050 331 1937
E-mail:
sherlock.holmes.nazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0245 saniye