"Riyakar yaltağın dilindən..."
Məngirlədi bir metr yer,bura mənimdir deyə,
Mən öləndə basdırarsız,çün qalmasın özgəyə.
Bir metr də boş yer qalıb qonşununhəyətində,
Bir saray da orda tikim,qalmayım həsrətində.
Qızıl.qaş-daş,pulum vardır,neyləyirəm hörməti?
Özüm ilə aparacam bu şanı.bu şöhrəti?
Özüm toxam.ailəm tox,ac qalanla yox işim,
Hamı bilir,çox da yaxşı olmayıbdı keçmişim.
Ömür boyu bu"mənsəb"ə çatmağı düşünmüşəm,
Halal zəhmət keçən deyil.bunu ölçüb-biçmişəm.
Riyakarlıq.yaltaqlıqdır mənim əsas şüarım,
Pul üstündə qurulubdur həm namusum,həm arım.
Bəzən olur,dost-tanışın gözündə alçalıram,
Yalan sözə alqış deyib,min dəfə əl çalıram.
Kasıb-küsub tayım deyil,mənlə işi olmasın,
Analarım torpaq deyib bir də saçın yolmasın.
Əcəb işdir,deyirlər ki.torpağımız işğalda,
Nə işiniz var ki,sizin dığayla qeylü-qalda.
Burda mənə söz deyən yox,evim,maşınım.adım,
Yavaş danış,yaxşı deyil,eşitməsin arvadım.
Xətri qalar,qohum-qardaş bizdən küsər,inciyər,
Yaşasınlar, burda torpaq cümləmizə bəs edər.
O gün gördüm küçələrdə çörək üçün əl açan,
Pul dilənən qaraçıtək bir neçə igid cavan.
Deyən gərək boyunuzdan utanın bir siz barı,
Taylarınız Rusiyada zəbt ediblər bazarı.
Siz də gedin,alver edin,çörək pulu qazanın.
Oğul-uşaq böyüyəcək,tək qaynasın qazanın.
Burda yerin cəhənnəmdir,itsin belə həyatı,
Gündəliyin dollar olsun,neyləyirsən manatı?
Bizim eldə pul qazanmaq çox çətindi.qardaşım,
Daşdan da pul çıxarana pulla satılır daşım.
Xəstələnsən.fikir çəkmə,.həkim çoxdu İranda,
Burda pulun çox çıxacaq,can qalmayacaq canda.
Mən bunların hamısını görüb,bilib gəlmişəm,
Bu halıma çatanacan,dirilmişəm,ölmüşəm.
Heç bir kəsi düşünmürəm bir özümdən savayı,
Çün düşünsəm,yığdıqlarım gedəcəkdir havayı.
Bu var-dövləti yığmışam hansı yolla.nə lazım?
Xislətimdi biganəlik,bundan başqa nə yazım?
26.06.2014.Zərdabi.Mövlud Ağamməd.