Röya
cəmilə tərəfindən "Hekayə" bolməsinə 20:11 24 avqust 2014 tarixində əlavə olunmuşdur

Qadınım..Bədəni deyil də ruhu yaralarla bürünmüş qadınım.Nəfəsi ilıq bahar səhərini xatırladan.Baxışları göyqurşağı.Gülüşü ruhumu sarsıdan,oyadan,uyuşduran,uyudan.Bədəni həbs etmiş ruhumu.Sözləri Nazim Hikmət şeiri.Səsi Şopenin bir neçə notası.Bütünlüklə ayrı.Hərkəsdən fərqli.Hərkəsdən daha,daha,daha başqa.O qədər başqa ki unudursan hərşeyi.Sanki onla dünya gəlmişəm.Necə bir yaradılışdır, ilahi.Sanki illərdir tanıyrammış kimi.Sanki sonradan gəlməyib həyatıma.Sanki,sanki,sanki.Bütün "sanki"ylə başlayan cümlələrimin sahibidir.Amma mənə aid deyil.O başqasına aiddir.Başqasına,başqasına.Sənə məxsus olmayan birini qısqanmaq.Bunlar ki mənə yad hisslərdir.Aclıq kimidir onu görmə istəyi.İsti yay günündə nəfəs nəfəsə qalana qədər qaçıb su içmək kimidir.İçdiyin anda hiss etdiyin o xoşbəxtlik hissidir.Onu görmək istəyi gecənin bir yarısı oyanıb ulduzları seyr etmək kimidir.Günəşin batışını,küləyi qoxlamaq kimi imkansız ama bir o qədər dəli edicidir.Onu düşünməkdən belə qorxarkən, ona sahib olmaq istəyi ancaq bir dəlinin işi olar onsuzda.Sakitcə çıxıb getməliyəm həyatından.Ama son dəfə onu qucaqlamadan,qoxlayaraq öpmədən olmaz əlbəttə ki.

Bunları düşünərək çıxdım yola.Ətrafda gördüyüm hər insanı ona bənzətmədim bu dəfə.Qollarım arasında düşündükcə saçlarını bəzən nəfəsim dayanacaq kimi olurdu.Aşiq idim,ilahi.Səndən sonra bir başqasını sevdim.Səni görmək istəyi qədər imkansız idi onun mənim olacağı fikri.Səhərə qədər yata bilməmişdim.Gözlərimi güclə saxlayırdım.Arada bir üzümə gələn gülümsəməni isə ən son 7 yaşımda anamı itirəndə yaşamışdım.Hərkəs ağlayırdı.Mən?!Mən anama söz vermişdim axı.Gülümsəyəcəkdim.Cansız bədəninə baxıb, gülümsədim.Hətta hərkəs mənim dəli oldugumdan şübhələnmişdi.Amma onlar nə biləcəkdi ki bizim aramızdakı sevgini.Mən anamı onu itirdikdə ağlıyacaq qədər yox,varlığında "mən ölsəm ağlama ,oğlum" sözünü yerinə yetirəcək qədər çox sevirdim.Və bugün üzümdə o gülüş vardı.Xoşbəxt idim amma bir o qədər ruhum yıxılırdı sanki.Bədənim tab gətirmirdi.Evlərinə yaxınlaşdım.Qapını döyüb nə deyəcəyimi düşündüm. Birdən birə boynuna yapışacaq deyildim, ya.Yox olmaz!Geri qayıt dedi ağlım.Amma mən bu dəfə qəlbimi dinlədim.Bugün olsa anamın məzarı üstə doya doya ağlardım məsələn.Doya doya..

-Salam, necəsən, Aqil?

-Yaxşıyam Sevil.

-Nə olub sənə?Keç içəri görüm.

-Yox, mən sənə birşey deməyə gəlmişəm.Olar kağız vərəq gətirəsən?

-Gəl keç içəri danışaq.Bu çanta nədi belə?Yenə dayanmayacaqsan deyəsən yerində

Ürəyimdə mənə getmə deməsi üçün yalvarırdım.Sadəcə o ilıq nəfəsi üzümə dəyib qal desə qalardım çünki.Bilərdim ki istəmir.

-Yox, bu dəfə bir dəfəlik gedirəm, Sevil.Bu dəfə geri dönmək fikrim yoxdu.

-Axı niyə?!Hara belə?!

Sevmədiyini bilsəm də gözlərindəki kədər məni uşaq kimi sevindirmişdi.

-Mən.Sevinc mən bilmirəm nə deyim.Bilirəm bunu sənə dediyimdə səni tamamilə itirəcəm.Amma mən.Mən.Mən getməliyəm.Çünki yanlış yoldayam.Bunu bilirəm.Və mən bunu bildiyim halda burda qala bilmərəm.Dayan, heçnə demə.Mən səni illərdir tanıyram.Hətta bəlkə də ərinin səni tanıya bilməyəcəyi qədər.Artıq dözə bilmirəm.Başa düşürsən?Mən səni sevirəm, Sevinc.Və mən ilk dəfədi bir qadına bu qədər.Mən unuda bilmədim.Olmadı,bacarmadım,istəmədim.Gülümsə istədim.Murada güldüyün kimi gül istədim.Sev istədim məni.Qucaqla istədim.Saçlarınla oynamaq istədim.Rəsmlərinə baxıb baxıb ölmək yox,hərgün sırf sənə görə yaşamaq istədim.Sevdiyin filmləri dizlərimdə izlə istədim.Ya da gecə ulduzları.Mənə bax,baxdığın həryerdə məni gör istədim.Sadəcə sən istə deyə siqareti atmaq istədim.Axşam əllərindən öpərək yeməklərini dadmaq istədim.Səni və sənə aid ola biləcək hərşeyi.Utanmadan istədim.10 ildir ölürəm mən.Sən ona toxunduqca,baxdıqca,güldükcə,sevdikcə.İndi heçnə demə, nə olar.Sus, alçaltma.Gedirəm onsuzda.Daha narahat etməyəcəm varlığımla varlığını.Sadəcə bil istədim.

-Aqil, bilirsən mən də sadəcə bunları duymaq istədim.10 il əvvəl.10 il əvvəl bunları eşitmək istədim.Lənət şeytana.Olmadı, bacarmadım.Sənə bunları mən deməyə gələcəkdim 10 il əvvəl.Yoldaykən telefonum çaldı.Zəng edən anamdı və xəbəri verdi.Muradın məni istədiyini bilirdim.Amma atamın razılaşdığını telefonda öyrəndim.Tam evinizə yaxınlaşdığım an.Edə bilmədim bağışla.Sənə gələ bilmədim.Ailəmi seçdim.Qorxaqlıq de,acizlik de.İndi get amma.Çünki bugün hamilə olduğumu öyrəndim,Aqil.Mən onu qoyub sənə gələ bilmərəm.İndi get.

Gözlərimi açdığımda Alinin səsi gəlirdi digər otaqdan.Bir də baxdım ki, qadınım qollarım arasındadır.O gün Muradın qəzaya düşdüyünü öyrənəndə eyni gülümsəmə oldu yenə.Ana öləndə.Axı mən beləyəm dedim öz özümə.Sonra Sevili qucaqladım.Öpdüm,qoxladım.və yenidən davam etdim "röyama"


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+23=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0254 saniye