RÖYAMDA ANALIQ HİSSİNİ DUYDUM (Müəllif İradə Əlili)
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 01:25 05 dekabr 2014 tarixində əlavə olunmuşdur

Bir kiçik qızcığaz girdi yuxuma,
Sandım ki, bu yuxu bir röya deyil.
Bir mələk sığındı koksümə mənim.
Sanki mələk idi, insan deyildi.

İstədim əbədi olsun bu röyam

Möhkəmcə, lap möhkəm sıxdım gözümü
İnandım yuxumun gerçəkliyinə
Dünyanın xoşbəxti sandım özümü!

Bürüdü qəlbimi sonsuz bir kədər
Kaş ki, açmayaydı heçcə bir səhər...
Körpə mələyimlə birgə qalaydım
İsti nəfəsinə axıb dolaydım.
Buna da şükürlər olsun Tanrıya
Röyamda analıq hissini daddım.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0282 saniye