Dünyanı düşünüb dərd qəmə batma,
Ömrün sutək gedir, qəflətdə yatma.
İç meydən, uzaq ol dərdi-qəmindən,
Meyin ləzzətini heç nəyə satma.
Bu dünya fanidir, dərk et, ey insan,
Doğrusu tapılmır, yalanı kalan.
Aldanma, alacaq hər şeyin səndən
Necə viran oldu təxti-Süleyman.
Çalış ki, gözü tox, nəfsi tox ol sən.
Alçalma önündə, nəfsə ox ol sən.
Lüt gəldin dünyaya, lüt gedəcəksən,
İstər azda az ol, çoxda çox ol sən.
Dünyada qonağıq, amma ki nədən,
İnsanlar buranı seçirlər vətən?
Bir ömür boyunca çalış-çabala,
Sonda səna çatar: “Üç metr kəfən”.
Dünyada köməyi umma heç kimdən,
Hər kəs əsirgəyər köməyin səndən.
Çətinə düşəndə çağır Saqini
İç meydən, həqq meydə sən meyə güvən.
Saqiya, meyinlə məst əyyaş mənəm,
Sirrini yaşadan tək sirdaş mənəm.
Keçirdim ömrümü meyxanələrdə
Saqinin camindan axan yaş mənəm.
Ey insan, bir düşün nə var dünyada?
Ki daim çəkirsən qübar dünyada.
Bütün ömr boyu yığdın-qazandın.
Sənə qalacaqdır məzar dünyada
Yaxşılıq həyatda kök atıb qalar,
Pisliksə insana bəla gətirər.
Bir vaxt tapdalayıb keçdiyin otlar,
Gün gələr qəbrinin üstündə bitər.
Hər kəs bu bu torpağı tapdalar, keçər,
Basdığı hər qədəm ömürdən gedər.
Torpağı natəmiz sanma, ey insan,
Gün gələr üstündə o olar yorğan.