Yaşadığımız həyatı mənalı edən insanın sahib olduğu inanclarıdır. Paylaşmaq hissiyyatı və paylaşma sonunda dadına varılan xoşbəxtlikdir. Xoşbəxtlik hissinin, məncə, tərifi yoxdur.
Empati qurub, çətin olana talib olursunuz və içinizdə sizi durdurmaz edən "kömək et" duyğusu birdən qabarır sanki.
Nə edirsiniz sonra, o duyğunun axışı içərisində istər-istəməz, məsuliyyət alma gərəyi duyur və etməniz gərəkəni edib bundan zövq alırsınız.
Deyə bilərəm ki, ən çətin şərtlərdə belə bu duyğunu səmimiliklə yaşada bilmək və davam etdirə bilmək, məncə, ən əhəmiyyətli davranış formalarıdır. Quran ayələrində buyurulur ki: "Allahın sənə etdiyi yaxşılıq kimi, səndə yaxşılıq et". Ürəyimizdə böyüdüb yetişdirdiyimiz yaxşılıq ağacının meyvələri və ləziz çiçəkləri də heç solmadan sonsuza qədər açmağa davam edəcək. Yaxşılıq qarşılıq gözləmədən, hər hansı bir mənfəət ummadan edilsə (ki elə olmalıdır), insandakı ən böyük sərvət və bu dünyadan aparacağı ən böyük mükafat olacaq.
Arı - davamlı əlindən balı alınır, amma bu vəziyyətdən şikayətçi deyildir. Bal verməyə davam edər, arı bilir ki, verən əl alan əldən üstündür.
Günəş - mən sizlərə işığımı, istiliyimi göndərməyəcəm deyə bilir mi? Hətta etdiyi yaxşılıq müqabilində bir istəkdə, tələbdə bulunur mu? Həyatda olduğumuz müddətcə etdiyimiz və etmək məcburiyyətində olduğumuz, etməyimiz lazım olan işlərdən kiçik, böyük iş fərq etməz, əhəmiyyətli olan o işi zövq alaraq və lazım olan ölçülərdə həssaslıqla edə bilməkdir. Yolda məktəbə gedərkən birinə salam vermək, hal və xətrini soruşmaq, hətta yolda rast gəldiyin bir qarışqanın belə həcminə baxmadan ibrət alıb bezib-usanmadan çalışqanlığını düşünərək ondan dərs çıxarmaq, avtobusda bir böyüyə yer vermək, qarşıdan-qarşıya birinin əlindən tutaraq keçməsinə köməkçi olmaq, bir telefonla belə olsa, bir dosta könüldən salam demək... Bütün bunlar, əslində, həyatı mənalı edən və quruluşca da, "həqiqətən insan olduğunun fərqinə vardığın" və "insan olmanın da bir fərqindəlik yaratma olduğunun", eyni zamanda, ən gözəl xüsusiyyətləri, hətta ən əhəmiyyətli nemətlərindəndir. İnsan üçün əsl əhəmiyyətli olan ruh və könül zənginliyidir. Birinə sevirəm dedinsə (yəni içindən gələrək) bu sözü hərəkətlə göstərmək gərəkir. Yəni, sevmək- maraqlanmaqdır, sevmək-zaman ayırmaqdır. Sevmək-sevgini, sevdiyinlə paylaşmaqdır, sevmək-empati qura bilməkdir.
İnsanlıq, sol yanında yerləşən ət parçasının səmimi səsiylə bir uyğunlaşma içərisində həyatı davam etdirməkdir. Yəni könüldən dilə, dildən könülə...
Tolstoyun bir sözüylə mövzuya davam etmək istəyirəm: "Bu gerçəyi unutmayın. Tək əhəmiyyətli olan vaxt vardır-içində olduğumuz an. O an ən əhəmiyyətli vaxtdır. Çünki yalnız o zaman əlimizdən bir şey gələ bilir. Ən əhəmiyyətli adam, kiminlə bərabərsinizsə, odur. Və ən əhəmiyyətli iş yaxşılıq etməkdir. Çünki insanın bu dünyaya göndərilməsinin səbəbi budur ".
Demək ki, dünyada olmaq demək məsuliyyətlə yüklənmək deməkdir. Onsuz da, kimsə başıboş buraxılmamış ki! Bax, elə bunun üçün imtahan dünyasındayıq! Həyatda bəyənmədiyin, xoşlanmadığın, xasiyyəti fərqli olan şəxsiyyət sahibləri ilə də qarşılaşacaqsınız.
Həyatın içərisində təbii ki, belə hallar normaldır. Ancaq sevmədiyin biri də olsa, insanları əsla kiçik hesab etməməyin gərək, hələ məhrum etməyə cəhd etmək heç edilməməsi lazım olan bir durumdur. Yəni içimizdə sevə bilməsək belə, normal ölçülərdə əlaqələrimizi davam etdirib, əsla kin və nifrət kimi insanı məhv edən zərərli xüsusiyyətlərlə qaplanmamalıyıq. İçimizdə ümidsizlik kimi bir divar olmamalıdır. İnsan içində daşıdığı sevgisi nisbətində insandır. Və şairin dediyi kimi: "Sevdiyin qədər sevilərsən"...
Mövlanadan soruşmuşlar: "bu gözəl əxlaqı kimdən öyrəndin deyə, O da: "əxlaqsızdan" demiş. Yaxşı, necə oldu bu: "Onun etdiyinin tərsini etdim, demiş".
Elə isə həyatın içində məsuliyyət daşıyan bir fərd olaraq, əsla acizlik göstərmədən vəzifəmizi yalnız mənlik eqo çərçivəsində deyil, bütün insanlığı təcrid etmədən, yaxşılıq və kömək duyğusuyla ələ alıb, inancımız istiqamətində gərəyi kimi yaşaya bilməli və belə bir əsər yaratmalıyıq. İnsan öldükdə ondan qalacaq olan əsəri, bir eşşək öldükdə də ondan qalacaq olan səməridir (palan)...
Sevgiylə və insan olaraq xatirələrdə yaşamağımız diləyilə...
Aysel Abdullazadə...