...ruhumun səsi
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 02:50 22 may 2012 tarixində əlavə olunmuşdur

Adınla başlayıb adınla bitər...
Hər duam, hər andım, hər arzum mənim...
Xoşbəxt olmaq üçün tək adın yetər...
Payızda doğulan, ey Yazım mənim...

Payızda doğuldum, payızda sevdim
Payızda doğulan bahar çiçəyin
Ömrüm bahar oldu payız çağında
Tanrım uzaq etsin payız küləyin...

Ruhum xəyalınla qanadlananda
Göylərin sərhəddi tükənir onda
Ürək sevincindən döyünüb durur...
Əllər də sevinir səndən yazanda...

Gülüşün dərmandır, mənəm xəstəsi
Sənsən zümzüməmin şirin bəstəsi
Dilim nə deyirsə nə fərqi var ki,
Tək səndən danışır ruhumun səsi


... dəfə oxunub
Qiymət: 7/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0313 saniye