Rüşvə verilən ət
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 15:48 08 yanvar 2015 tarixində əlavə olunmuşdur

Təyyarə Heydər Əliyev hava limanına enməyə hazırlaşırdı. Stüardessa hamıdan kəmərləri baglamagı tələb etdi. 43 yaşında dövlət məmuru olan Vaqif asta-asta üzərindəki 700 manatlıq kostyumu düzəldə düzəldə hava limanından çıxdı və şəxsi maşınına minib , evə getməyə tələsdi. O nə çox savadlı idi , nə çox agıllı , nə də başı bir işdən çıxırdı. Sadəcə dayısı yuxarıda işlədiyi üçün onu da məmur etmişdi və adi rüşvətlə bugünki gününə gəlib çıxmışdı. 2 uşagı olan Vaqif Bakının mərkəzində böyük bir evdə yaşayırdı. Təbii ki bu onun evlərindən biri idi. Vaqifgilin küçəsindən 3 küçə aralıdaki küçə biraz çökəklik oldugu üçün qış aylarında həmişə su içində idi. Vaqif həmişə burdan keçəndə suyu kimlərinsə üstlərinə sıçradar sonra arxaya baxıb gülərdi. Yenə həmin küçədən keçirdi və 3 gündü Bakıya yagış yagırdı. Suyu 3 gəncin üstünə sıçradan Vaqif yenə öz piyli qarnını döndərə bilməyib sadəcə güzgüdən onlara baxdı. Sonra gülərək yola davam etdi. Maşını saxladıqdan sonra evə girdi və biraz yatmaga çalışdı , çünki birazdan işə getməli idi. Məmur olmasına baxmayaraq heç işə getmirdi ama rüşvət vaxtı çatanda hamıdan tez işdə olardı. Nə əynindəki paltarı nə də maşını öz pulu ilə almışdı. Hamısı rüşvət idi , ya rüşvət verəcəkdilər ya da baglatdırardı oraları. Bugün də onu çagırmışdılar işə. 

Vaqifin arvadı özün çox yuxarı aparırdı. Adi insanlarla heç danışmagı belə lazım bilmirdi. Bütün günü paltarlar , xarici şəhərlər və bahalı yerlərlə maraqlanırdı. Rəfiqələri də elə özü kimi yuxarı təbəqənin glamur qadınları idi.
Vaqifin oglu Rəşad 19 yaşında idi və oxudugu universitetə ən bahalı maşınlarla gedirdi. Bugün də universitetə maşını ilə getmişdi və yaltaq dostlarıyla birlikdə yenə ancaq gəzirdilər. Dərsləri pis idi amma bütün imtahanlardan "A" alırdı. Qəbul imtahanında 500 bal yıgmışdı ama bunun cəmi 150 sin özü yıgmışdı. 350 balı isə atasının pulu yıgmışdı. Rəşad universitetdə də məktəbdə elədiyi kimi xoşu gəlmədiyi hamını , zəifləri öz cangüdənlərinə döydürtdürürdü. Universitetin ən gözəl qızlarına bahalı hədiyyələr alırdı. Bəzi qızları ən bahalı otellərə aparır ən bahalı qoruyuculardan istifadə edirdi. Heç bir yaraşıgı olmasa da qızlar dalınca qaçırdı.
Vaqifin qızı Aygün isə 22 yaşında idi və evlənmişdi. 20 yaşında kasıb bir oglana baglanmışdı. Oglan isə Aygünü puluna və atasına görə sevmiş və evlənmişdi. Bütün günü Aygünün pulu ilə narkotik alır və digər qızlara xərcləyirdi bu pulu.
Saat 13:30 da telefonun səsinə oyanan Vaqif duş qəbul etdi və ən gözəl kostyumlarından birini geyinib işə getdi. Amma bugün Vaqifi rüşvət deyil daha acı bir şey gözləyirdi. Bugün o gülən ac agzını doydura bilməyəcəkdi.
İşdə ona gələn rəsmi sənəddə onun işdən azad edildiyi göstərilirdi. Vaqif biraz həyəcanlanıb yerinə oturdu sonra yuxarılardaki "day-dayına" zəng etdi. Dogma dayısı deyildi sadəcə uzaqdan qohum idilər. Zənglər çatmayanda isə ora getməyə qərar aldı ama orda da yox idi. İşcisi Vaqifə dediki o xaricdədi 2-3 aya ancaq gələcək , sizin işdən azad edilməyinizsə dogrudu sizin vəzifənizi artıq onun kürəkəni idarə edəcək. Vaqifdən daha yaxın qohumu indi Vaqifin yerinə keçmişdi.
Vaqif evə gəldikdən sonra nə edəcəyi barədə fikirləşdi. Bundan sonra pul qazanmasa belə indiyə qədər qazandıgı ilə normal yaşaya bilərdi ama ailəsi buna hazır deyildi.
Çətinliklər Rəşadın dostları ilə getdiyi oteldə başladı. Rəşadın kredit kartı pulu ödəməyə bəs etmədi. Rəşad acıqlı acıqlı cangüdənlərdən atasını çagırmaqlarını istədi. Vaqif hər şeyi demişdi , daha əvvəlki qədər varlı deyillər , daha rüşvət almır ona görə xərcləmələrdən düzgün istifadə etməliydilər amma nə glamur Humay buna məhəl qoyurdu , nə qammaz Rəşad , nə də bütün pulunun əri tərəfindən narkotikə verildiyin görməyən Aygün. Beləcə 2 ay içində Vaqifin bütün pulu tükənmək üzərə idi. Artıq digər 3 evin belə satmışdı. Pul qoydugu başqa biznesləri də batmışdı. Çünki nə aglı var idi nə də bacarıgı. Bugünə kimi rüşvətlə dolanmışdı. Heç bir işi özü etməmişdi. Cəmi 4 aya bütün hər şeyi əlindən çıxdı. Artıq paltar aldıgı dükana gedəndə ona paltar vermirdilər. Çünki məmur deyildi artıq. Nə də maşını var idi. Cangüdənlər , xidmətçilər də yox idi.
Humay daha paltarlar ala bilmirdi , əksinə aldıgları bahalı paltarları da Vaqif satmışdı. Rəfiqələrinin yanında kiçik görünən Humay daha dözə bilmirdi. Onsuz bütün dostları da əlaqələrini kəsirdi Vaqifgildən. Vaqifin şənliklərində qardaşım deyənlər indi telefonlarını belə açmırdı. Rəşad universitetə avtobusla getməyə başlamışdı. Universitetdəki yaltaq dostları da artıq veclərinə almırdı. Bir gün universitetdən çıxanda Rəşadın döydürdüyü uşaqlar Rəşadı küncdə tutub döymüşdülər. Nə cangüdən vardı , nə də ata pulu. Aygünün əri isə artıg narkotik ala bilmirdi deyə Aygünü hər gün döyürdü. Amma Aygün çox sevirdi onu.
Hər şeyin sona çatdıgı yerdə Vaqifgil artıq kiçik 1 otaqlı evdə qalırdılar. Humay bütün ayı 1 paltarda gəzirdi. Rəşad hər gün üzü gözü qan içində gəlirdi. Aygünün əri isə başqa pullu qız tapmışdı deyə Aygün hər gün aglıyırdı. 2 dəfə intihara cəhd etmişdi. Vaqifin bütün həyatı alt-üst olmuşdu. Harınlamış bir ailə bunlara dözmürdü.
Bugün Vaqif su ilə dolu olan küçədən keçəndə yanından sürətlə keçən bir bahalı maşın suyu onun üzərinə sıçratdı. Maşındaki ona gülüb getdi. Vaqifin özü bunu elədiyi vaxtları yadına düşdü. Necə biri oldugu , nələr etdiyi. Camaata yaxşı görünsün deyə kasıblara verdiyi pulu təzdən rüşvətlə onlardan aldıgın gördü. Hər ay xarici adalara gedib dincəlirdi indi iş belə tapmırdı evə çörək gətirməyə. Humayın gözəlliyinə görə ona maraq salan Vaqifin köhnə bir varlı dostu Humayı çoxdan başdan çıxartmışdı. Humaya aldıgı bahalı hədiyyələrin əvəzində Humay gizli gizli otellərdə görüşürdü onnan. Axırda Humay qaçmışdı. O kişi ilə evlənmişdi. Vaqifə gələn ilk agır zərbə idi bu. Rəşad isə döyülməklərə dözmüyüb uşaqlardan biri öldürmüşdü. 20 il azadlıqdan məhrum edilmişdi.
Vaqifin dözümü yox idi artıq. Bur gün evə gələndə qızını otaqda biləkləri kəsilmiş halda tapdı. Gələn həkimlər artıq gec oldugun bildirmişdilər. Vaqifin artıq heç kimi yox idi. Heç nəyi yox idi. Rüşvət onun ailəsinin təməlinə qoyulmuşdu. Ona görə də rüşvət itəndə , ailənin bünövrəsi də dagıldı. Bünövrə isə bir sütunun ən altını təşkil edir. Ən altdan bir çöp belə əskiləndə bütün sütun dagılır.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+33=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0258 saniye