Rüşvət
ceyhun fikrət tərəfindən "Elmi məqalə" bolməsinə 01:30 13 aprel 2015 tarixində əlavə olunmuşdur

Bismilləhir Rahmənir Rahim

Rüşvət

Yaşadığım illər ərzində o qədər hadisələrlə üzləşmişəm ki,hər şəy mənim üçün demək olar ki, adiləşib. Çünki biz müharibə dövründən keçmiş uşaqlarıq, müharibənin ağrı-acısı hələdə bizlədir. Bəzən bizə keçid dövrünün uşaqlarıda deyilirdi,amma sovet dövrü ilə bərabər, müstəqillik dövrünə qədəm qoyduq. O, illərdə kimə nə desəydin,təbii çətinlik qarşısında deyəcəkdir:ay bala keçid dövründəyik. Bu sözləri çox insanlardan eşitmişdik. Lakin indi 21-ci əsrə qədəm qoyan ölkəmiz daha nə sovet dövründədir, nə də keçid dövründə. İndi vəziyyətdə, dövranda dəyişsədə insan bəzən elə hadisələrlə rastlaşır ki,həmin keçid dövründə olan hadisələr xatırlanır və insan təəsüf hissi keçirdir. Bir neçə ay bundan qabaq Sumqayıtda yerləşən 1 saylı doğum evinə getmişdik. Nədənsə həyat yoldaşımı bu xəstəxana qəbul etmədi,sonradan aydın oldu ki, həkim adını daşıyan bu şəxslər pula görə bu qərara gəliblər. Bu vəziyyətə dözə bilməyən yoldaşımın əmisi qaynar xəttə zəng edib məlumat verdi. Hələdə bu hadisələrə müşahidəçi kimi baxırdım,bir çoxlarının hər kəs pul verir, səndə pul verəcəksən fikiri isə beynimdə canlanırdı. Hər zaman rüşvət verən insanları qınadığım halda, indi rüşvət adlı bəla özü mənim qarşıma çıxmışdır. Həyat yoldaşım isə,ağrıların şiddətindən yalnız həkimlərə bir söz demişdir:biz rüşvət verməyəcəyik. Artıq dərman reseptləri də bizim üçün yazılmışdır. Daha dözə bilmədim və qeydiyyat otağına yaxınlaşıb,soruşdum:məgər bu xəstəxanaya Dövlət tərəfindən dərmanlar göndərilmir?elə bu sözü demişdim ki,birdə gördüm elə hay-həşir qopdu,özümdə bu işə mat qaldım. Hər şey aydın idi, üstümü unlu görüb adımı dəyirmançı çağırmışdılar. Xəstəxananın həyətinə çıxıb mobil telefonumdan ilk əvvəl qaynar xətt xidmətinə və sonra isə Səhiyyə Nazirliyinin mətbuat xidmətinə zəng etdim. Özümü təqdim edib,ətraflı məlumat verəndən təxmini 15 dəqiqə sonra,xəstəxananın bütün əhvalı dəyişdi. Mənə oğlum,qardaş deyənlərində sayı çoxaldı. O,qədər mənə mehribanlıq göstərildi,özümdə gözlərimə inanmadim,düşündüm bəlkə yuxu görürəm. Amma bu yuxu yox,ordakı şəxslərin dəyişən siması idi. Artıq baş həkimdə məni qəbul edib hər şeyin bu xəstəxanada pulsuz olduğunu demişdir. Bu qədər söz-söhbətdən sonra övladımda dünyaya gəlmişdir. Bu xəbəri eşidənlərin sual dolu baxışları məndən cavab gözləyirdi. Qeydiyyat şöbəsinin qarşısında bəzi insanlar mənə qəhraman kimi baxırdılar. Axı bura doğuşa gələnlərın qohum- əqrəbası təbii doğuşa 350 manat,qeysəriyyə əməliyyatına 650 manat pul vermişdilər. Heç kəs gözünə inanmırdı ki, bu xəstəxanaya biz pul ödəməmişik,bəlkə də bu işin yuxu olduğunu zənn edənlərdə var idi. Lakin işin əsli bu idi ki,mənim Səhiyyə Nazirliyinə zənglərimdən sonra bu xəstəxanaya zənglər olunmuşdur. Amma məni qınayıb o pul nə puldu ki, bu pulu xəstəxanaya şirinlik verirsən deyənlərdə az deyildi. Mən isə cavabında, söhbət pul məsələsi deyil,mən pul verə bilərdim,amma bu pul rüşvət sayılır,həmdə dövlət xəstəxanalarına gələn vətəndaş üçün hər bir xidmət pulsuzdur deyə cavab verirdim. Amma mənə ağız büzənlər və rüşvəti şirinlik adı ilə təqdim edənlərdə az deyildi.

11.04.2015    

https://ceyhunfikret.wordpress.com/

 

                                                                                                         


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
Ceyhun FİKRƏT 
(Dünyamalıyev Ceyhun Fikrət oğlu) 
yazar 

Gənc yazar Ceyhun Fikrət (Dünyamaliyev Ceyhun Fikrət oğlu)18 avqust 1984-ci il tarixdə Bakı səhərində anadan olub.Əslən Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Samaxı səhərindəndir.10 yasından ədəbiyyat sahəsinə maraq göstərmis Ceyhun,bir cox klassik sairləri və yazıçıları mütaliə etmis və dərindən öyrənmisdir.20yasından böyük yaradıcılığa,yəni ədəbi fəaliyyətə baslamısdır.Hal-hazirda Ceyhun Fikret imzasi ile edebi fealiyyetini davam etdirir
Əlaqə
E-mail:
ceyhunfikret@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.051 saniye