Rusiya liberallarından Yoldaş Stalinə məktub
Elməddin Səmədzadə tərəfindən "" bolməsinə 19:41 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

Sosializm qurulmuşdur.                                                                                      

Orada insanları məskunlaşdıraq.

Boris Slutskiy.

Biz sənin sosializmində məskunlaşdıq.

Biz sənin yaratdığın ölkəni bölüşdük.

Biz sənin qulların və alimlərin tərəfindən tikilmiş zavodlarda milyonlar qazandıq. Biz sənin qurduğun müəssisələri müflis etdik və əldə etdiyimiz pulları qurduğumuz səddin arxasına aparıb özümüzə saraylar tikdik. Minlərlə həqiqi imarətlər. Sənin heç vaxt belə bağların,sarayların olmayıb, çopur eybəcər.

Biz sənin buzqıran və atom gəmilərini satdıq və özümüzə yaxtalar aldıq. Yeri gəlmişkən, bu heç də metafora deyil, bizim bioqrafiyamızdan faktlardır.

Buna görə sənin adın içimizdə göynəyir və qaşınır, və istəyirik ki, sən heç vaxt olmayasan.

Sən bizim nəslin həyatını qorudun. Sən olmasaydın bizim babalarımızı, ulu babalarımızı Brestdən Vladivostoka qədər yerləşən qaz kameralarında boğardılar və bununla da bizim taleyimiz həll edilmiş olardı. Sən rus toxumunu qorumaq üçün onu yerin yeddi qatına yerləşdirdin.

Biz özümüz barəsində deyəndə ki, biz də vuruşmuşuq, dərk edirik ki, biz yalnız Rusiyada, Rusiyaya qarşı, rus xalqının arxasında vuruşurduq. Fransada, Polşada, Macarıstanda, Çexoslovakiyada, Rumıniyada və sonra digər ərazilərdə vuruşmaq bizdə yaxşı alınmırdı, bizi orada yığırdılar və yandırırdılar. Yalnız Rusiyada yaxşı vuruşa bildik və sənin iyrənc qanadının altında qurtuluş əldə etdik.

Biz öz həyatımız və nəslimizin həyatı üçün sənə minnətdar olmaq istəmirik.

Amma qəlbimizin dərinliyində bilirik: sən olmasaydın – biz də olmazdıq.

Bu, insan varlığının adi qanunudur: heç kim uzun müddət kiməsə minnətdar olmağı istəmir. Bu yorucudur! Kiməsə borclu olmaq istənilən insanı qıcıqlandırır və ona əzab verir. Biz hər şeydə yalnız özümüzə borclu olmaq istəyirik – öz istedadımıza, öz cəsarətimizə, öz intellektimizə, öz gücümüzə.

Xüsusən də böyük məbləğdə pul qaytarmalı olduğumuz, amma qaytara bilmədiyimiz insanları sevmirik. Və ya qaytarmaq istəmirik.

Buna görə də tarixi elə qələmə vermək, don geyindirmək istəyirik ki, guya nə olursa-olsun biz sənə heç nədə borclu deyilik, hər şeyi özümüz qazanmışıq və ya kimsə bizə yüz kq iri əskinas hədiyyə edib, və ya onlar heç kimə lazım deyilmış və biz onları tapmışıq – bəli! Əla! Lazımsız şəkildə yerdə səpələnmişdilər! Və biz sadəcə onları tapmışıq – odur ki, rədd ol, rədd ol, gözlərimin qarşısında dayanma, gəbər, iyrənc məxluq.

Səndən qurtulmaq üçün, biz alternativ tarix, fırıldaqçılıq, axmaq yalan, cəlbedici və alçaq demaqoqiya janrında yeni-yeni şeylər fikirləşib uydururuq.

Biz deyirik ki, – bu çox nadir haldır ki, biz ümumiyyətlə həqiqəti danışırıq- sənin rus xalqına heç yazığın gəlmirdi və vaxtaşırı camaatı qırırdın. Biz ənənəvi olaraq qurbanların sayını on və hətta yüz dəfələrlə artırırıq, amma bu artıq detallardır. Ən əsası, biz xalqın və onun ziyalılarının bizim vecimizə olmaması barəsində susuruq. Bu gün də ölkən əhalisinin və xalq aristokratiyasının bir əldən yox olmasında biz yorulmadan və fədakarcasına səni gunahlandırırıq – necə gözəl paradoksdur! Axı rus kəndini, rus elmini biz məhv etmədik və rus ziyalılarını avara və dilənçi səviyyəsinə biz salmadıq – bütün bunların günahkarı, gülmə, sənsən. Sən! 60 il əvvəl ölmüş! Bizim isə heç bir günahımız yoxdur. Biz bura gəldikdə artıq hər şey dağılıb məhv olmuşdu. Milyardlarımızı biz özümüz, boş yerdə öz əməyimizlə qazandıq! Anamıza and olsun.

Ən pis halda, rus etnosunun məhvini biz obyektiv proses kimi görürük. Axı sənin zamanında insanları öldürürdülər, bizim zamanımızda isə onlar özləri ölürlər. Sən hətta bu qədər insanı öldürməyi bacara bilməzdin necə ki, bu gün onlar öz istəkləri ilə ölürlər. Obyektivdir, elə deyilmi?

Hələ biz əminliklə deyirik ki, Qələbə sənin siyasətinin əksinə olaraq qazanıldı.

Düzdür, bir az qəribədir ki, o vaxtdan Rusiyada nədənsə əksinə heç nə alınmır. Məsələn, o heç vaxt bizim yaradıcı fəaliyyətimizin əksinə və ya onun sayəsində ağıllı və güclü dövlət olmur. Yenə paradoks, lənətə gələsən.

Biz deyirik ki, sən özün müharibəni başlamaq istəyirdin, hərçənd indiyə bunu sübut edən heç bir sənəd tapmamışıq.

Biz deyirik ki, sən bütün qırmızı ordunun zabitlərini öldürdün və bəzən hətta sən tərəfindən öldürülən hərbi qulluquçulardan pyedestal da tikirik, öldürmədiklərinə isə nifrət edirik və tapdalayırıq. Sən Tuxaçevskini və Blyuxeri öldürdün, amma Voroşılovu və Budyonnovu sağ qoydun. Buna görə sonuncu ikisi – qabiliyyətsiz və əclafdırlar. Əgər əksinə olsaydı və Tuxaçevskini və Blyuxeri sağ qoysaydın, onda onlar qabiliyyətsiz və əclaf olardılar.

İstənilən halda biz əminliklə bilirik ki, sən ordunu və elmi məhv etdin. Hansı ki, sənin zamanında biz sənin əksinə orduya və elmə malik idik, amma bu gün biz onlardan heç birinə malik olmasaq da, bu bizim əminliyimizə təsir etmir.

Biz deyirik ki, dəhşətli müharibə ərəfəsində sən “qərb demokratiyalarıyla” razılaşmaq istəmədin, bununla belə biz gizlində bilirdik ki, bəzi “qərb demokratiyaları”, özləri Hitlerlə razılaşdıqları halda digər qərb dövlətləri, həmçinin də ayrı-ayrı şərq demokratiyaları faşizmə qapılarını açıb faşist dövləti qururdular. Bundan əlavə, eyni zamanda Amerika Birləşmiş Ştatlarının mücərrəd işığı ilə işıqlandırılmış maliyyə dairələri Hitlerə və onun murdar gələcəyinə böyük vəsaitlər yatırırdı.

Biz hamını bağışladıq və hər şeyi keçdik, biz təkcə səni bağışlamadıq.

Sənə həm “qərb demokratiyaları”, həm də “qərb avtokratiyaları”nifrət edirdi və həmin maliyyə dairələri indiyə kimi hələ də nifrət edir, çünki vaxtilə kiminlə qarşılaşdıqlarını xatırlayırlar.

Onlar bütün göstəricilər üzrə bizə əks olan şeylərlə iş görürdülər. Sən – başqa hesablama nöqtəsisən. Sən başqa qütbsən. Sən heç vaxt bizim şüurumuza yerləşdirilməyəcək bir proqram daşıyıcısısan.

Sən bəşəriyyət tarixi üçün ən qorxunc müharibədə qalib gəlmiş ölkənin başında dururdun.

Sənin işlərinə görə sənə nifrət edirlər.

Kim iş görür onlara nifrət edirlər. Kim ki, heç nə etmir, onlara qarşı heç bir iddia da olmur. Fransanın və ya Norveçin, yaxud Polşa başçılarının müharibə başlayanda nə etdiklərini xatırladımmı?

Onlar ”Yalnız irəli!” əmri vermirdilər. Onlar alayları və diviziyaları güllələrin və mərmilərin altına atmırdılar, kiçik yüksəklik naminə döyüş meydanlarını qanla sulamırdılar. Onlar yeniyetmələri hərbi zavodlarda işləməyə məcbur etmirdilər, onlar işə gecikənlər üçün ağır sanksiyalar tətbiq etmirdilər. Xeyr! Onların milyonlarla vətəndaşı sakitcə və məsuliyyətlə Hitler Almaniyası üçün çalışırdı. Onlara qarşı hansı iddia ola bilər ki? Bütün dünyanın iddiaları sənə yönəlib.

Sənin zamanda kosmosun fəth edilməsinin əsası qoyulmuşdu – əgər bir az uzun ömür yaşasaydın, özün də kosmik uçuşun şahidi olardın – və bu tamamilə dözülməz idi. Təsəvvür edirsən?– bütün dünyanı yaxınlaşdıran və daima tüstüləyən tənbəkisindən insanı quş balası kimi planetin hüdudlarından kənara yollayan çar, bığlı sezar. 

Əgər sən daha yarım əsr yaşasaydın – heç kəs böyük kosmik Odisseyanı ipod-a və kompyuter oyunlarına dəyişməzdi.

Sənin zamanında atom bombasını da yaratdılar – hansı ki, dünyanı nüvə müharibəsindən, rus şəhərlərini isə amerikan nüvə zərbələrindən xilas etdi, yoxsa indi Piterin yerində fosforlu Xirosima, Kiyevin yerində isə buludlu Naqasaki olardı. Və bu bizə bu qədər əziz olan demokratiyanın təntənəsi olardı.

Sən Rusiyanı yer kürəsində heç vaxt olmadığı qədər ən güclü ölkəyə çevirdin. Bəşəriyyət tarixində heç bir imperiya sənin zamanındakı Rusiya kimi güclü olmayıb.

Bütün bunlar kimə xoş gələ bilər ki?

Biz çox çalışırıq ki, sənin qoyduğun mirası, sənin adını heç edək, sənin yerinə yetirdiyin işlər haqqında işıqlı xatirələri sənin haqqında qara xatirələrlə, bəli, real, böyük cinayətlərlə əvəz edək.

Biz hər şeyə görə sənə borcluyuq. Səni lənətə gələsən.

Rusiyanın liberal ictimaiyyəti

Zaxar Prilepin


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+15=
Hesaba giriş
Müəllif

Elməddin Səmədzadə
Haqqında
marksist-leninist
Əlaqə
E-mail:
bobmeddin@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0265 saniye