“RUSLARIN (SLAVYANLARIN) QORXULU RÖYASI” DÖVLƏT GƏRAY XAN
Elşən İsmayıl tərəfindən "Hekayə" bolməsinə 10:44 16 mart 2018 tarixində əlavə olunmuşdur

“RUSLARIN (SLAVYANLARIN) QORXULU RÖYASI”

DÖVLƏT GƏRAY XAN

(tarixi-mistik hekayə)

 

    Moskva... 16-cı əsrin əvvəli... Çar iqamətgahı... Sübh tezdən gecə gördüyü kabusun təsiriylə qan-tər içində oyanan Çar dərhal yatağından enib yan tərəfdə divarda asılı olan “İsa Məsih” heykəlciyinin önündə çökərək əllərini sinəsində birləşdirib gözlərini yumdu, birnəfəsə uzun-uzadı dualar etməyə başladı...

    Günortaya yaxın nisbətən özünə gələn, əhvalı düzələn Çar nahar etdikdən sonra öncə ən yaxın adamları, saray əyanları ilə görüşdü, sonra bir adamının məsləhətiylə əyalətdə az-çox tanınan, bir çox dərdlərə dava olan, hətta bəzilərinin dediyinə görə gələcəkdən xəbər verə bilən bir Şamanın görüşünə getdi...

    Şaman dağda bir mağarada yaşayırdı. Tanınmasın deyə tədbiri-qiyafət olan Çar ən yaxın iki adamından ziyadə kimsəni yanına almadan ora yollandı. Şamanın mağarası yüksəklikdə yerləşdiyi üçün Çar və adamları çox əziyyət çəkdilər. Nəhayət, arzulanan görüş baş tutdu...

    Şaman bir qədər yorğun və bitkin görünürdü: gözləri şişmiş, göz altı torbalamışdı. Onsuz da gecə gördüyü kabusun təsirindən hələ də ayılmayan, yalnız iki adamıyla birlikdə gələn, bilinməz bir yerdə, qaranlıq bir mağarada olan və onu nəyin gözlədiyi məchul olan Çar çox həyəcanlıydı: ürəyi bərk-bərk döyünür, mağaradan kənarda – çöldə əsən güclü küləyin səsindən və hazırkı şəraitdən qorxuya düşərək yerində tir-tir əsirdi. İndi ona hər şey vahiməli görünürdü. Xüsusən də qəribə xarici görünüşlü və xarakteri olan Şamanın varlığı... Bir müddət öz-özüylə mübarizə aparan və daxilində buradan getməyə tələsən Çar başını tərpədib adamlarına belə baxa bilmirdi. Çünki onsuz da müəyyən səbəblərdən ona “bağlı” olan adamları onun qorxduğunu hiss etməməliydilər. Yoxsa onu elə burada – dağın başında qoyub qaçardılar. Bu fikrə mağaraya ilk addım atandan bəri ayaqları qorxudan əsən adamlarını gördüyü zamandan gəlmişdi Çar. Amma hər şeyə rəğmən buraya gəliş məqsədini unutmadığı üçün israrla hər şeyin bitməsini gözləməyə məcbur idi. Baxmayaraq ki, buna görə çox əzab çəkirdi...

    Bir müddət qədim dini ayinlə məşğul olan Şaman nəhayət ki, gözlərini açıb Çara baxdı və ondan hər şeyi olduğu kimi danışmasını istədi. Çar da öz növbəsində qarşı tərəfin amiranə baxışı, səbirli davranışı və sakit danışıq tərzini nisbətən rahatladı, Şamanla tam səmimi olmağa qərar verdi:

-          Qəbul edirəm, mən və atalarım (ulu babalarım) uzun müddət yaxın ərazilərdə qohum kimi yaşadığımız Türklərə qarşı olduqca vəfasız, vicdansızca davranmışıq. Bu ərazilərə köçərkən yerli Türkləri görəndə onlara qibtə etdik. Onların bizə ehtiyacı yox idi, amma yenə də bizim acınacaqlı halımızı görüb mərhəmət etdilər. Bizə qalmağa yer, içməyə su, yeməyə çörək verdilər. Ancaq biz tez qudurduq. Türklərə paxıllıq etdik. Onları görən gözümüz yox idi. Çünki dünyada hər nə yaxşı şey vardısa, Türklər ona sahib idilər. Sanki Tanrı bizi qarğımışdı. Səfalət və cahiliyyət içində yaşayan biz slavyanlar get-gedə hər şeyin günahını Türklərdə görməyə, onlara nifrət etməyə başladıq. Başa düşə bilmirdik ki, öz taleyimizi özümüz yazmışıq. Bu zamana qədər vahid dövlətimizin, vahid millətimizin olmamasının səbəbi yalnız şəxsi mənafeyini güdən tayfa başçılarımızda, namusdan, əxlaqdan uzaq, bütün həyatını mənasız əyləncələrə xərcləyən, tüfeyli həyat sürən kişilərimizdə, onların təziqiylə əzilən, pozğunlaşan qadınlarımızda, insanlarımızın maddi həyata olan hərisliyində olub. Öz günahlarımızı gah Tanrıya, gah taleyə, gah da düşmən hesab etdiyimiz Türklərə yıxdıq... – deyə, böyük çətinliklə danışdı Çar.

-          Və Tanrı sizi cəzalandırdı. – deyə, Şaman dodaqaltı gülümsəyərək qeyd etdi.

    Çar yenə qorxmağa başladı:

-          Necə?! Sən gələcəyimizi gördün?! – udqunaraq soruşdu.

    Bu dəfə Çar qorxusunu gizlədə bilmədi və adamları bunu səsindən anladılar. Şaman təmkinlə davam etdi:

-          Krımda, Böyük Tatarıstan çöllərində, Moskva ətrafında bu zamana qədər Türklərə qarşı etdiyiniz bütün vəhşiliklərin cavabı veriləcək! – sərt üz ifadəsiylə qeyd etdi Şaman.

    Çar və adamları bir-birinə baxıb Şamanın sözlərindən təsirlənərək daha çox qorxmağa başladılar. Şaman qaşlarını çataraq Çarı mühakimə edirdi:

-          Xristianlıqdan Türkləri asimilə etmək üçün istifadə etdiniz. O yetmədi, qadınlarınızı fahişə qismində Türklərə peşkəş çəkdiniz. Çünki Türklərin xas genini ələ keçirmək, onların saf qanından faydalanmaq istədiniz. Ancaq bu vasitə ilə Türklərin sahib olduğu yüksək dövlətçilik bacarığına, hərb və s. elimlərinə yiyələnəcəyinizi sandınız. Amma yenə alınmadı. Türklər sizdən ağıllı çıxdılar. Hiylələrinizə aldanmış kimi görünərək sizdən sadəcə istifadə etdilər. Planlarınız hiylə yolu ilə gerçəkləşmədiyi anda isə ən yaxşı bildiyiniz yola – vəhşiliyə əl atdınız. Qadın, qoca, uşaq demədən öldürdünüz. Gücünüz çatmayanda Türklərin digər düşmənləriylə ittifaqa girdiniz. Hətta bir-biriylə mehriban qonşu olan Türk dövlətləri arasında nifaq salmaq üçün azsaylı xalqlardan istifadə etdiniz. Onlara müəyyən vədlər verib Türk ellərinə hakim olmaq üçün min cür iyrənc əməllərə sahib oldunuz. – gözləri qəzəbdən qan bağlamışdı Şamanın.

    Çarın heyrətdən gözləri şişmiş, boğazı qurumuşdu. Xırıltılı səslə:

-          Sən  bunları... – deyə, soruşmaq istəsə də Şaman onun sözünü kəsdi:

-          Sözümü kəsmə! – qətiyyətlə əmr etdi – mən siz slavyanları, gələcək planlarınızı, sizin murdar xislətinizi yaxşı bilirəm. İndi sözlərimə diqqətlə qulaq as! – hökmlü tərzdə davam etdi – Gəraylar nəslindən bir Xan peyda olacaq. O, sizə bu vaxta qədər etdiklərinizə görə layiqli bir cəza verəcək! Onu belə tanımayacaqsınız. Ancaq verdiyi əzabı hiss edəcəksiniz! Bütün vücudunuz, varlığınız onun qəzəbi qarşısında tab gətirə bilməyəcək! Gör görə-görə məhv olacaqsınız! Hətta peşman olub Tanrıya sığındığınız anda belə mərhəmət görməyəcəksiniz. O Xan sizi diri-diri yandıracaq. Günahlarınız odunuzun kömürü, közü olacaq! Və bir gün sağ qalanlarınız onun nəslinə, dövlətinə yalvaracaq. – kinayəli tərzdə gülümsəyərək bildirdi qoca Şaman.

-          Bəs sonra?! – qorxudan tərləmiş və ağlamsınan Çar çarəsizcə soruşdu.

-          Sonrasına taleyin hökmü, Tanrının ədaləti qərar verəcək. Mən daha bundan artıq danışa bilmərəm.

-          Niyə?! – az qala yalvarmağa başlayan Çar soruşdu.

-          Çünki Tanrı izn verməz! Sizin bu gün buraya gəlməniz və buradakı söhbətlərimiz barəsində mən qabaqcadan Göylərin Əfəndisindən bilgi almışdım. Daha bitdi. Gedə bilərsiniz! – deyə, Şaman yerindən tərpənərək mağaranın bir küncündə yataq məqsədiylə sərdiyi qoyun dərisi üstünə uzandı...

    Çar və adamları qorxudan titrəyirdilər. Hətta o gündən sonra Çar uzun müddət ağır psixoloji xəstəlikdən əziyyət çəkdi...

    Nəhayət, qoca Şamanın dediyi gün gəlib çatdı: 1571-ci ildə Gəraylar soyunun böyük nümayəndəsi Dövlət Gəray Xan Moskvaya hücum qərarı aldı...

    Tatar türklərinin möhtəşəm dövləti Krım xanlığının paytaxtı Baxçasarayda əhval-ruhiyyə yüksək idi. Qüdrətli hökmdar Dövlət Gəray Xan öz sərkərdələri ilə hərbi müşavirədəydi:

-          Bilmənizi istəyirəm ki, bu yürüş əvvəlkilərdən elə də fərqlənməyəcək. Ancaq bir vacib məsələ var: ruslar son dövrlər bizə və qonşu Türk dövlətlərinə qarşı çox güclü işğalçılıq siyasəti aparırlar. Bu siyasətin nəticəsidir ki, qan qardaşlarımızın dövlətləri – Qazan və Həştərxan xanlıqları ruslar tərəfindən işğal edilib. Baxmayaraq ki, ruslar öz iyrənc əməlləri, hiyləsi və fərqli hərbi siyasəti ilə bizdən fərqlənir, biz illərdir bu işğalçılığa qarşı mübarizə aparırıq. Bu mübarizədə qardaş Osmanlı imperiyası da yanımızdadır. Uzun müddətdir, bizə hər dəstəyi verir və mən inanıram ki, bundan sonra da davam edəcək. Amma biz düşmənə qarşı bu zamana qədər az görülən, daha çox ruhi təsiri olan bir həmlə etməliyik. Elə bir həmlə ki, hətta bundan sonrakı döyüşlərdə məğlub olsaq da belə, ruslar və bütün slavyanlar bizi, onlara edə biləcəklərimizi unutmasınlar. Gələcəkdə düşmən və doğma Türk tarixi bizdən ibrət alsın! Və bilsin ki, “düşmənə mərhəmət yurda xəyanətdir!” – deyə,ayaq üstə dayanaraq olduqca qürurlu və inamverici baxışlarıyla diqqət çəkən Dövlət Gəray Xan bildirdi.

    Sərkərdələrdən biri başıyla izn istəyib soruşdu:

-          Xan sağ olsun! O, nə həmlədir elə?!

    Dövlət Gəray Xan amiranə tərzdə gülümsəyərək qürurlu baxışlarıyla uzaqda bir nöqtəyə baxdı...

    Sonralar Dövlət Gəray Xan haqqında yazan tarixçilər öncə belə qeyd edirdilər: “onun baxışlarında od-alov vardı. Və o od Moskvanı yaxıb kül etdi...”

    Rəmzi mənada deyilmirdi bu sözlər. Həqiqətən də 1571-ci il “Moskva yürüşü” zamanı tatarlar Dövlət Gəray Xanın əmriylə Moskvanı tutduqdan sonra yandırdılar. Uzun müddət eqoist Moskva özünə gələ bilmədi. Şəhər yenidən qurulanda sənətkarlar gözlərinə inana bilmirdilər: vaxtilə Moskvanı tutan Dövlət Gəray Xanın qəzəbi onun hər daşını toz edəcək qədər dəhşətli alovla doluydu... 

    Bu gün tarixini bilən hər tatarın – hər Türkün qürur mənbəyi olan Krım xanı Dövlət Gəray Xan uzun illər rusların yuxusuz qalmasına səbəb olmuşdu. Çünki onlar yatmaq üçün başlarını balınca qoyduqları və yuxuya getdikləri an Dövlət Gəray Xanın kabusuyla qarşılaşırdılar: odlu-alovlu, qorxulu bir röya idi ruslar üçün Dövlət Gəray Xan...

 

Elşən İsmayıl

Yazar


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+19=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0368 saniye