Ruzin bəsdi nə qədərdi,
Xaliq verər bir o qədər.
Yarı sənin,yarı mənim,
Tən yarı böl birər-birər.
***
Güman etmə,düzələcək,
Əyri düzdən seziləcək.
Ələyimiz ələnəcək,
Xəlbirimiz hara gedər?
***
Üzümüz yox ağarmağa,
Gücümüz yox çıxarmağa.
Yükümüz çox aparmağa,
Hərəsi bir yana çəkər.
***
Gör dedilər düz,əyrini,
Gördüm yüzdə-yüz əyrini.
Badələrə süz əyrini,
Səni dostdan,yardan edər.
****
Nə dedilər oldu yalan,
Mövlud,yoxdu könlün alan,
Kim olacaq yada salan?
Etdiklərim oldu hədər.
15.08.2014.Zərdabi.Mövlud Ağamməd.