Sabira, qalx millətinə et nəzər
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 18:31 22 yanvar 2015 tarixində əlavə olunmuşdur

Sabira, qalx millətinə et nəzər,

Millətin indi yeni aləm tutub.

 

Bir o qədər vərdiş edib dərd-qəmə

Gəlsə kədər, əl çalaraq dəm tutub.

 

Saxta təbəssüm saçacaq üz-gözü,

Baxmayaraq daxilini qəm tutub.

 

Üç yüz altımış dörd günü şadlanar,

Bircə gün şəhidlərə matəm tutub.

 

Seçki önü zilə çıxan namizəd

Seçki bitib səslərini bəm tutub.

 

Əcnəbilər gəlsə, qonaq pərvərik,

Özümüzə hər kəs əlin möhkəm tutub.

 

Neft bizi qərq eyləsə də, zülmətə,

Yadlara nur saçmaq üçün şəm tutub.

 

Bizlərə məxsusi olan bölgü var:

Az çoxu, çoxlarsa azı kəm tutub.

 

Vardır, para xəstəsinə çarəmiz,

Qərb də, şərq də bizləri həmdəm tutub.

 

Biz bizə düşman, yaşarıq təkbətək

Söz üzrə hər kəs bir olub cəm tutub.

 

Elnur, özün yorma dəxi müxtəsər,

Ruhu cinan, yerini cəhənnəm tutub.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+27=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0209 saniye