Sabirin "laylası"
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 19:35 19 noyabr 2015 tarixində əlavə olunmuşdur

Sağ ol, Sabir, var ol, Sabir. Vaxtında öz dediyini demisən. Anlayan anlayıb, anlamayan da ya ritmik bir şeir kimi oxuyub keçib, ya da əlinə alıb oxumadan atıb bir qırağa.Çünki onun beynini zamanında belə doldurublar. Qəflətdə qalmaq onun üçün normal bir haldır.

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal, dala, laylay!

Niyə çoxlarının qulağı bu laylaydan bezməyib indiyə qədər mənə çox maraqlıdır. İrəliləmək üçün birinci qulağı, sonra isə gözü açmaq lazımdır ki, oxuyub öyrənəsən, bir məqsədə hasil olasan.

XXl əsrdə yaşamağımıza baxmayaraq, hələ də çox qızlarımız təhsilsiz, təhsil bir qırağa dursun, biliksiz gəzir. İndi deyəcəksiniz ki, təhsil elə bilikdir. Xeyr, əzizlərim. Təhsil biliyə aparan yoldur. Təhsilsiz də bilik əldə etmək olar. Təhsil almağa imkanı olmayanlar ola bilər, amma vay o gündən ki, bilik əldə etməyə imkanı olmaya. Məsələn, bax elə Qadın.Net saytını misal göstərim. Burada qeydiyyatda olan xanımlarımızın içində ola bilər ki, təhsil almayanı var. Amma bilik almayanı yoxdur! Çünki bu ünvan biliksizləri müəyyən mövzularda bilikləndirir.

Cəmiyyətimizin də ən yanğılı mövzusu qızlarımızın, xanımlarımızın biliklənməsi, savadlanmasıdır. Çox valideyn qızlarını oxutmur. Bəhanələri isə ya pulun yoxluğu, ya da "Qız nədir təhsil nədir?" olur.

İndi buraxın balışı, yorğanı, uşaqlar!
Həm tərk eləyin xaneyi-viranı, uşaqlar!

Uşaqları bacardıqca bilikləndirməli, savadla silahlandırmalıyıq. Çünki texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə asanlıqla insan yolunu çaşıb qala və doğrunu yanlışdan fərqləndirməyə bilər. Burada da ən böyük iş yenə də cəmiyyətimizin qadınlarına, anaların üzərinə düşür. Amandır, analar, "Millət necə tarac olur-olsun nə işim var?" deyib övladları da Vətənə məhəbbətsiz, əməyə hörmətsiz, valideynlərə sevgisiz böyütməyin.

Əminəm ki, bu xəbəri oxuyanların heç biri burada yazdığım tip insanlardan deyil. Mən buna sadəcə olaraq əmin olmaq istəyirəm. Gəlin hər bir mövzuda M.Ə.Sabirin dediyi kimi, nəbadə yatıb dala qalmayaq!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0424 saniye