Saçların dalğadı, gözlərin inci
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 01:27 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Saçların dalğadı, gözlərin inci,
Dodaqlar qızılgül, qaşlar aypara
Gözəllər içində sənsən birinci
Bu sevən qəlbimi eyləmə yara

Səsin musigidi, sözlərin şeir,
Ətirini çiçəklər hətda qısqanır
Bənövşə bu ətir mənimdi deyir
Bülbülsə səsini özünkü sanır

Şaxtadan qızaran yanaqlar alma,
Yanağında xalın qar dənəsidi
Nə olar məni bu odlara salma
Bilirəm, naz etmək gözəlin ənənəsidi.

 19.02.2015

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+4=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0261 saniye