saçlarından şeir süzülən qadın,
sənin çiynində şair olmaq,
yazır bütün sözlərimi,
fikirlərimi,
qoynuna,
qucağına.
atdım bütün içkiləri də,
otağın küncünə,
mətbəxdəki zibil qabına.
sabah açılacaq
hər şeyi tullayacam,
təmiz olacam.
amma sən,
saçlarından şeir süzülən qadın,
səni hər gün yazacam,
sevgiyə,
ağrıya,
bulaşacam.
yoxluğun da bir tərəfdən üst-başımı kirlədir,
hər gecə duş qəbul edirəm.
amma bilirsən darıxmağı yuyub aparmaq olmur.