Sadə bir İsmayıllı sakini...
Fərid Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 20:36 25 yanvar 2013 tarixində əlavə olunmuşdur

Əslində yazmaq istəmirdim lakin özlüyümdə bir çox aksiyada iştirak etmiş buna görə polis bölmələrində saxlanmış,ən azından birazcana düşünməyi bacardığım üçün,nəyin düz və səhv olduğunu biləcək qədər dünya görüşünə sahib olduğumu bildiyim üçün və ən əsası məndə bir İsmayıllı sakini olduğum üçün son olan hadisələrlə bağlı öz fikrimi bildirməm ən azından haqqımdır.Sadəcə ilk öncə yazacağım odurki,belə bir hakimiyyəti olan ölkə də yaşamaq qədər utandırıcı bir hiss yoxdur.Utanıram çünki Qarabağ məsələsində bir nəticəyə gələ bilməyən hakimiyyət sayəsində hər il xəcalətlə işğal olunmuş torpağlarımızın işğal tarixlərini yad etməkdən.Utanıram Azərbaycan dövlət neft akademiyasındakı teror hadisəsindən on gün sonra gül bayramı keçirdən hakimiyyət başımızda ağalıq etdiyi üçün...Utanıram əsgərlikdəki özbaşınalıqlar nəticəsində öldürülən əsgərlərin yalandan ölüm səbəbi uyduran on səkkiz ilə yaxın müddət müdafiə naziri olan ölkədə yaşayıram deyə...Qubadakı kimi indi də İsmayıllıda özünü bilməz qeyrət və ləyaqətdən uzaq insan xalqı təhqir edir.Təhqir etməyinə səbəb əlbəttə ki güvədiyi daydaylarıdır.Xalqı alçaltmaq bu qədər asan olmamalıdır.Cəzasızda qalmamalıdır.Lakin indiki hakimiyyətdə cəzasız qalması üçün yenidən min oyundan çıxır.Yenidən hakimiyyətin əmri ilə sevərək işlərini yerinə yetirən polislərimiz yenədə özlərini göstərir.Ve açıq görünürki artıq polis dövləti olub səsi çıxana polis dubinkasın endirir.Sabahsı günlərdə daha da pis olacaq vəziyyət bunu indi deyirəm sadacə görərsiz az zaman sonra Suriyada necə indi qan su yerinə gedirsə Azərbaycanda da elə olacaq.Azərbaycan neftinin pulunu mənimsəyibdə respublikanın öndə gələnləri Azərbaycan dilində zorla danışır demək olar ki bu dili unudublar elə bil doğma dilləri  rus dilidir.Və üstəlik bunlar heç Bakıda da yaşamır Rusiyaya gəlin gediblər.Bilməm başa sala bildimmi?Son olaraq deyə bilərəmki Heydər Əliyev nefti İlham Əliyevin üzünə sürtəndə başa düşmüşdümki,neft bizlik deyil...


... dəfə oxunub
Qiymət: 9/10(20 səs)
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0259 saniye