Saf olan nədir: Sevgi ya nifrət?
Fərid Nietzsche tərəfindən "Digər yazılar" bolməsinə 14:25 16 avqust 2014 tarixində əlavə olunmuşdur

Nifrət və sevgi… Hansı safdır. Bu suala çox insan “sevgi” deyə cavab verir. Bu daha çox sualın “Hansı yaxşıdır, hansi gözeldiк” kimi anlaşılmasındaт irəli gəlir. Buna görə də unudulmaması gərəkən bir nüans vardır. Məqsədə uyğun olub-olmamasindan,insanlığa yararından, aliliyindən asılı olmayaraq nifrət daim sevgidən safdır. Hətta sevgi saf deyildir. Niyə? Tarix boyu bütün sivilizasiyalarda,mədəniyyətlərdə,adətlərdə,kitablarda,filmlərdə və s. öyrədilən nədir?- Sevgi. Emosiya,duyğulardan bəhs edilən hər yazı,düşüncə tərzində insanlara sevgi aşılanır, haqqında danışıır, vurğulanır. Nifrəti isə pislənilməklə kifayətlənilir və sadəcə “nifrət” olaraq ifadə edilir. Yəni, nifrət haqqında deyiləcək,yazılacaq ən genin akspektli fikir nifrətin var olması, onun arzuolunmazlığı və təbii ki, məhdudlaşdırılması haqqındadır. Onun analizi, mürəkkəbliyi və xüsusilə “necə edilməlidir”inə əsla toxunulmur. O sadəcə pislənib kənara atılır. Sevgi isə belə deyildir. O öyrədilir. Hər kəs sevgini daha yaxşı bildiyini düşünür və necə sevilməsi gərəkdiyini öyrətməyə çalışır. Kitablar, müzahirələr, insanlar sevgini aşılayır,onun mahiyyətini, tarixini, məğzini araşdırır və nəhayət sevginin ifadə şəklini, “necə sevmək gərəkdiyini” öyrədir. Müxtəlif cür sevgi anlayışları, sevgi göstərimləri, sevgi hadisələri yaranır. Hər mədəniyyətin,hər millətin,hər insanin, hər emosiya dövrünün öz xarakterik sevgisi yaranır. Kimi qəlblə sevir,kimi pulla, kimi güllə sevgisini göstərir, kimi susmaqla. “İlahi sevgi”, “qarşı cinsə sevgi”, “anaya sevgi”,”vətənə sevgi”, “pula sevgi” sevgi növləri,anlayışları peyda olur,öyrədilir,aşılanır.  . Hər gün,hər kəs tərəfindən öyrədilən, hər cür ziddiyətli yanaşması,ayrımları olan bir şey necə saf ola bilər ki?! Sevgi çox gözəl,ali duyğu olsa da,qəbul etməliyik ki, o artıq saflığını itirmişdir. O aşılanaraq,öyrədilərək,”daha yaxşıya çalışaraq”,dəyişdirilərək saflığını itirmişdir. Kim bilir saf sevgi necədir? Amma onu bilirəm ki, o saf deyil. O müasirləşmişdir, o zamana tabe olmuşdur, o yazılara uymuşdur, o qəlibə salınmışdır, o xarakterə tabe olmuşdur, o qanadını itirmişdir, özgürlüyünü itirmişdir…o saflığı itirmişdir. Amma nifrət, o safdır. O öyrədilmir, o aşılanmır, o məhdudlaşdırılmağa, qapadılmağa, görülməməyə, “üz çevirməyə” çalışılır. O ilk mahiyyətini hələ də saxlayır. İfadə şəklini saxlayır. Ani bir nifrət ifadəsi hardasa hər kəsdə eynidir: Qəzəb, ilk insana məxsus qırıq-qırıq səslər, şiddət,əl-qol hərəkətləri,kin.. Başqa heç nə. Nə zamana, nə xarakterə, nə yazıya, nə də mədəniyyətə tabedir… Nifrət safdır.. Nifrət sadəcə nifrətdir. Başqa  heç nə. Sadəcə saf nifrət…


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+7=
Hesaba giriş
Müəllif

Fərid Nietzsche
Haqqında

Əlaqə
E-mail:
rustemzade_farid@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0203 saniye