sakit səsiz ölmək olmur
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 21:14 01 iyun 2014 tarixində əlavə olunmuşdur

bir gün mən də öləcəyəm
sonra sən də öləcəksən.
o dünyaya gedəcəyəm
Sonra sən də gələcəksən.
hərənin öz imtahanı,
sənə ayrı, mənə ayrı.
sənə kömək eliyərdim!
neynələyək ki, sualları
əvvəlcədən bilmək olmur..
iki dəfə ölmək olmur,
nə ölümdən dönmək olmur...
dönüb sənə sualları
bircə-bircə pıçıldayım.
cəhənnəmlik olsam belə,
mələklərdən sənin üçün
sualları oğurlayım...
ya da, ya da sövdələşim
savabımla günahını dəyişdirim
ya da söküm sərhədini
cənnət ilə cəhənnəmi birləşdirim...
Sən susursan...
orda susmaq kömək olmur
Sakit, səsiz yaşasan da
Sakit səsiz ölmək olmur...

©Bir dəlinin gündəli(li)yi


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0304 saniye