Salam ata, necəsən?
Sən An tərəfindən "Şeir" bolməsinə 12:59 14 may 2014 tarixində əlavə olunmuşdur

salam ata, necəsən?

uyuyursan soyuq məzarda.

cənnət  ya cəhənnəmdəsən?

bilmirəm.

 

sadəcə qalx torpaqdan,

 de görək nə var ,nə yox oralarda.

 

əllərin yoxdur çiynimdə,

tək qalmışam,

daima varsan fikrimdə.

 

ölmək baxmır heç kimin yaşına,

fikirləşirəm bütün bunları,

 baxaraq baş daşına.

 

baxışların məni ram eləyir,

bütün bunları qəlbimdə yaram eləyir.

 

salam ata.

gəlmişəm məzarın üstə, neçə aylardan sonra.

bir məlhəm kimisən, azarım üstə.

 

hər tərəf ölülər səltənəti,

çəkirlər torpaq üstündə sənəti.

ruhlar da göylərdə uçur,

çırparaq qanadların tanrıya qovuşur.

 

salam ata.

onsuzda gəlmisən çılpaq dünyaya,

ağlayaraq ana bətnindən.

böyüyürdün yavaş-yavaş,

içərək südü  bir qadının sinəsindən.

 

salam ata.

artıq səni doğan həmin qadın ölmüş,

yoxluğuna dözməyərək,

sənsiz vuran saatların zərbələrinə əzilməyərək.

 

salam ata! necəsən?

 


... dəfə oxunub
Qiymət: 6/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+31=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0372 saniye