Salam, dünya....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:55 10 noyabr 2015 tarixində əlavə olunmuşdur

Salam.dünya,mən gəlmişəm...
Bəsdi,bir az dincəlmişəm.
Nərmənazik...incəlmişəm,
Tərsinədir səndə dövran.

Salam,dünya,bir işim var,
Uzaq...uzaq keçmişim var.
Kal tökülüb,dəymişim var,
Tərsinədir səndə dövran.

Salam,dünya,əzabın çox,
Əzabını çəkənin yox.
Siratından keçənin yox,
Tərsinədir səndə dövran.

Salam,dünya,sına məni,
Qınayırsan.qına məni.
Gətirmisən cana məni,
Tərsinədir səndə dövran.

Salam.dünya,nə gündəsən,
Nə Aydasan,nə Gündəsən...
Gölgədəmi,ya gündəsən,
Tərsinədir səndə dövran.

Salam,dünya,halın yaman,
Qocalırsan zaman-zaman.
Öc alırsan Mövludunnan,
Tərsinədir səndə dövran..
.
11.02.2015 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0249 saniye