Salam, sevgilim...
Graf tərəfindən "Hekayə" bolməsinə 13:56 20 iyul 2014 tarixində əlavə olunmuşdur

Salam, sevgilim! Son günlər Bakıda doğmalar arasında tək qalmışam. Dərdləşməyə bir adam tapmadım deyə yanına gəldim. Həyatımda demək olar ki, hər şey qaydasındadır. Sənli günlərimdə yarımçıq qalmış işlərimin hamısı tamamlandı. Bir az daha irəli getmişəm və daha da çox getmək üçün imkanlarım var. Sənə söz verdiyim kimi istənilən imkanı əldən buraxmayacağam.

Sən öləndən sonra kimsəni sevməyəcəyimə söz verdim. Tənhalığımdan başqa... Açığı aramızda olanlardan sonra tək yaşamaq mənə çox çətin gəlirdi. Amma, öyrəşdim. Və bu cür yaşam tərzinə yenicə adaptasiya olurdum ki, birinə rast gəldim...

Sevgilim, yadınadır yəqin ki, mənə yazdığın son məktubda “söz ver ki, xoşbəxt olacaqsan” demişdin. Sənin yoxluğunda bunu bacara bilməyəcəyimi bilirdim deyə dilim gəlmirdi söz verməyə. Lakin, bu gün xoşbəxtəm, bəlkə də çox xoşbəxtəm. O çox yaxşı insandı. Bəzən ruhunu sənə ötürməyi bacaran sevgili, ən ağrılı günündə qayğıkeş ana və problemlər arasında boğulanda, o problemli yollardan səninlə çiyin-çiyinə çıxmağı bacaran bir dost...

Bir neçə gün bundan əvvəl az qala onu da səni itirdiyim kimi itirəcəydim. Lakin, ölümün caynağından son saniyələrdə qurtuldu və şükürlər olsun ki, həyatda qalmağı bacardı. İnan ki, ona da bir şey olsaydı özümü sadəcə zibil qutusuna atacaqdım. Çünki, dalbadal eyni şey fərqli insanlarla baş verə bilməzdi. Əgər olsa idi demək ki, mən bəşəriyyət üçün sadəcə bəla gətirirəm. Özümü məhv edərdim...

Sənə səndən sonrakı bütün həyatımı danışdım, Mələyim... İndi isə getməliyəm. Rahat yat, sənin məndən istədiklərinin hamısını həyata keçirdim. Hətta bir liliya gülü də əkmişəm həyətimizdə. Hər səhər həyətə çıxanda sanki, səni görürmüşəmmiş kimi tamaşa eliyirəm onlara.
Sağol, sevgilim... Nə vaxtsa görüşmək ümidi ilə...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+33=
Hesaba giriş
Müəllif

Graf
Haqqında
Copywriter & Corrector; Student at the AzTU; Solo guitarist (nEURO band);
Əlaqə
E-mail:
abdullacavadov@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0375 saniye