Salam tənhalıq
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 18:44 12 aprel 2014 tarixində əlavə olunmuşdur
Salam tənhalıq. Necəsən? Niyə susursan? Hər dəfə səni səsləyəndə səsim exo verirdi. Amma indi..... Küsmüsən məndən? Nə səbəbdən?  Salam tənhalıq. Üzmə baxmaq belə istəmirsən, çünki mən səni buraxdım. Ancaq, sən heç bir vaxt tək qoymadın məni. Dörd divar arasında belə sən vardın. Böyük kütlə içində belə sən yanımdaydın. Salam tənhalıq. Elə darışmışam sənin üçün. Bəlkədə heç kim üçün bu qədər darıxmamışdım. Sənlə o qədər rahatdır. Elə bil doğma insan kimisən. Yox axı sən mənsən. Mənim bir hissəmsən. Salam tənhalıq. Sən hamıdan və hər kəsdən vəfalısan. Axı sənin daima mənlə olacağına sonsuz unmışdım. Səndəmi onlar kimi qoyub, getmək fikrindəsən? Yox inanmaram sən onlar kimi deyilsən. Salam tənhalıq. Gəl al qoynuna, qucaqla məni. Qoy hiss edim səni. Bilimki yanımdasan.  Salam tənhalıq. Hardasan göz yaşlarımı siçələk, dərdimə şərik olacaq sən. Özüm özümlə dəlilər kimi danışanda, arada özümü əsl ruhi xəstə hiss etdiyim anlar, sən yanımdaydın. Qəflətən özümə gəlib, səmnin varlığını duyurdum. Salam tənhalıq. Sevdiklərimin istəsələr belə yanımda olmadığı anlar sən yanımdaydın.  Salam tənhalıq. Salam salam salam. Qoyma məni tək heç bir zaman. 

... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+2=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.041 saniye