Salfet.
Uraqan tərəfindən "Hekayə" bolməsinə 02:33 19 noyabr 2018 tarixində əlavə olunmuşdur

1-ci gün.

1)"Mən dilənçi deyiləm! Nənə dilənmir, Nənə salfet satır!"

2) Balaca dilənçi çörək alacağı pula salfet alır.

3) Nənə salfet satdı, nənənin bu gün qarnı doyacaq.

4) Dilənçi qızcığaz evə gəldi. Evdə o dilənçi deyil.

5) Gecəni ac qalan qızcığaz salfetlərə rəsmlər çəkir.

 

6) Qızcığaz çəkdiyi rəsmlərlə doymalıdır. 

 

 

2-ci gün.

1) Qızcığaz nənəni gördü. Nənə dilənmir, nənə salfet satır.

2) Balaca qızcığaz yenə şəkil çəkmək istəyir.

 

3) Dilənçi nənəyə yaxınlaşdı. 

 

 4)Nənənin dilənçiyə verməyə pulu yoxdur

5) Dilənçi salfet satan nənədən pul dilənmir.

6) Yaşlı nənə məyusdur.

7) Yoxsul dilənçi Nənədən salfet alır. 

8) Dilənçiyə salfet lazım deyil, Nənənin qarnı doymalıdır.

 

 

 

3-cü gün.

1) Balaca qızcığaz yenə şəkil çəkmək istəyir.

 

2) Yaxınlaşıb kimsəsiz nənədən salfet alır.

3) Aldığı salfetin üzərinə salfet satan nənənin rəsmini çəkir.

 

4) Qızcığaz yaşlı nənənin şəklini küçələrdə satır.

5)Dilənçi dilənmir, dilənçi salfet satır.

 

6) İnsanlar yaşlı nənəyə pul vermir, qızcığazın rəsmini alırlar.

7) Qızcığaz yenə də həmin nənədən salfet aldı. 

 

8) Kimsəsiz nənənin rəsmlərini çəkdikdən sonra qızcığaz rəsmlərini satır.

9) Bu axşam dilənçi qızcığazın da, nənənin də qarnı doyacaq.

 

 

 

Nəticə: İllər sonra...

1)Balaca Qızcığaz böyüyüb. 

2) Daha balaca qız rəssam, yaşlı nənə isə dükan işlədir.

3) Daha rəssam salfetlərin üzərinə rəsm çəkmir, amma bütün salfetlərin üzərində yaşlı nənənin rəsmi var.

4) insanlar ac olanlara pul ödəmir, amma ac qalan incəsənət özünü qidalandırır.

5)Yaradıcı insanlar isə yaşadıqları dünyanı dəyişməyə çalışır.

6) İnsanlar dəyişikliyə uyğunlaşmağa çalışır, amma dəyişmirlər.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+11=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0318 saniye