Salma,ey dil, mehrini ol mahi-tabanələrə.
Yoxdu onlarda vəfa,yar demə biganələrə.
***
Eyləməkçün tərki-eşqi tapmadılar bir əlac,
Çox dualar qıldılar Məcnuni-divanələrə.
***
Demə dünyadə vəfasız,gülə meylini salıb,
Əhdinə sadiq olan bülbüli-peymanələrə.
***
Vermə əğyarə ürək razini,dillərə düşər,
İnanan olmayacaq məşhuri-əfsanələrə.
***
Bənzəyib göstər özünü yanmağında,Mövluda,
Şam üçün canını qurban verən pərvanələrə.
6.05.2014.Zərdabi.Mövlud Ağamməd.