Salman Rüşdü: “Biz anormal dünyada yaşayırıq”
Yazar.in tərəfindən "Məşhurlar" bolməsinə 01:33 21 may 2012 tarixində əlavə olunmuşdur

"Bəzən roman yazmaq bir uşağı böyütməkdən, tərbiyə verməkdən daha çətin olur"


65 yaşlı məşhur və qalmaqallı yazıçı Salman Rüşdidən sitatları oxucularımıza təqdim edirik.


- Təsəvvür edin: Şeytan sizin yanınıza gəlir və deyir: "Məni sənin yanına şərt kəsməyə göndəriblər: sən adi insan kimi, heç bir şan - şöhrətsiz 72 yaş, 4 ay və 15 gün yaşayacaqsan. Amma sən 63 yaş 4 ay 15 gün yaşamağa razılıq versən, mən sənə dünya şöhrəti verərəm, səni bütün dünya tanıyar". Bəziləri bu alış-verişə razı olardılar - biz bu cür anormal dünyada yaşayırıq.


- Ev elə bir yerdir ki, sən orda özünü xoşbəxt hiss eləyirsən. - Müsəlman ailəsində oğlan uşağı hələ körpə ikən sünnət edilir. Mən bu hadisə baş verən otağı xatırlayıram. Bunu edən insanın sifətini xatırlayıram. Və onun mənim üstümə bıçaqla gəldiyini xatırlayıram.


- Bəzən roman yazmaq bir uşağı böyütməkdən, tərbiyə verməkdən daha çətin olur. Sizə asan görsənir - "roman yazmaqda əzabverici nə ola bilər axı?"


- 60 - cı illərdə ağıllı adamlar hələ də siyasətlə məşğul olmaq istəyirdilər. - Mən çox siyasətçi ilə qarşılaşmışam. Amma onların içərisində yeganə: "Bu əsl ağıl dəryasıdır" deyə biləcəyim adam Marqaret Tetçer olub. Onun inanılmaz dərəcədə dərin zəkası varıydı. Və o, o tip ağıllı adamlardandır ki, bu keyfiyyətlərə malik olmayan insanlara çətin tab gətirir.


- Zənnimcə, nə olmaq istəyirsənsə onunçün çalışmaq, nə olursa-olsun öz bildiyindən dönməmək cəsarətli hərəkətdir.


- Vecsiz adamı ətrindən tanıyacaqsan. - Əgər son 60 - 70 il ərzində yazılan ən yaxşı kitabı seçməli olsaydım, onda mən yəqin ki, "Yüz il tənhalıqda" kitabını (Qabriel Qarsiya Markesin məşhur romanı - red) seçərdim.


- "Boşanmaq mənə nəyi öyrətmədi?" Bunu sizə deyəcəm. O mənə bir də evlənməmək lazım gəldiyini öyrətmədi. - Gəncliyin musiqisi - bu musiqi həmişə bizimlə birgə qalır.


- İslam radikalizminin kök saldığı ölkələrə baxın. Orda qadınlara zülm verirlər. Amma dəyişikliklər dövrü gələndə, onların bir nömrəli müdafiəçiləri elə məhz qadınlar olacaq.


- Əgər mənim uşağım xurafatçı, cahil olsaydı, mən bundan çox utanardım.
- Hətta ən adi şeylər belə müxtəlif insanların nəzərində müxtəlif cürdür. Xüsusən bizim yaşadığımız dövrdə, bəzilərinə görə insan - terrorist, bəzilərinə görə isə qəhrəmandı.


- Tibbi nailiyyətlər nəticəsində, gələcəkdə insanların əbədi yaşayacağı dünya dəhşətli görsənir. Təsəvvür edin, ora necə basa-bas olacaq.


- Mən kitabımın ("Şeytan Ayələri" - red) tarixçəsindən çox şey öyrəndim. Mən insanların nifrət etmə bacarığının necə qüvvətli olduğunu öyrəndim. Amma başqa şeyləri də öyrəndim: onların dostluğa sadiqliyi və həmrəyliyi kimi şeyləri. Mənim norveçli naşirimi arxadan üç dəfə gülləylə vurmuşdular. O, yalnız sağlamlığının güclü olmasına görə sağ qaldı: nə vaxtsa o xizəkçilik üzrə Norveç yığma komandasının üzvü olub. O, hələ sağalmamış mənim kitabımı çap elədi.


- Mütaliə - bu bizim daxilimizdə baş verən çox intim həyəcandı. Ona görə oxuduğunuz kitab xoşunuza gəlməyəndə sanki zorla sizin qəlbinizə girmiş olur. Mənim kitablarımın tirajı Coan Rolunqinki ("Harri Potter"in müəllifi - red) kimi olsaydı xoşbəxt olardım. Bəli, yəqin, mənim bütün həyatım dəyişərdi. Mən özümə təyyarə alardım, aeroportlardan da canım qurtarardı...


Mənbə: "Fikir Sexi"


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
9+31=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0483 saniye