Samurayların poetik inancları
Nigar Şahsuvarova tərəfindən "Şeir" bolməsinə 13:14 06 noyabr 2015 tarixində əlavə olunmuşdur

Anam-atam yoxdur, göy üzü və dünya anam-atamdır.

Evim yoxdur, Tan Tyan evimdir.

İlahi gücüm yoxdur, dürüstlüyüm ilahi gücümdür.

Öz bildiyim yoxdur, itaətim öz bildiyimdir.

Cadu gücüm yoxdur, şəxsiyyətim cadu gücümdür.

Ölümüm və həyatım yoxdur, Um ölümüm və həyatımdır.

Bədənim yoxdur, səbrlilik bədənimdir.

Gözlərim yoxdur, şimşəyin çaxması gözlərimdir.

Qulaqlarım yoxdur, həssaslığım qulaqlarımdır.

Ayaqlarım yoxdur, cəldliyim ayaqlarımdır.

Qanunum yoxdur, özümü müdafiəm qanunumdur.

Strategiyam yoxdur, doğru öldürməyim və həyatımı doğru verməyim strategiyamdır.

Planım yoxdur, fürsəti dəyərləndirməyim planımdır.

Möcüzəm yoxdur, dürüst qaydalarım möcüzəmdir.

Prinsiplərim yoxdur, bütün qaydalara adaptasiya olmaq prinsipimdir.

Taktikalarım yoxdur, boşluq və doymuşluğum taktikamdır.

Fitri qabiliyyətim yoxdur, zəkamı hazır tutmaq fitri qabiliyyətimdir.

Dostum yoxdur, ağlım dostumdur.

Düşmənim yoxdur, diqqətsizliyim düşmənimdir.

Zirehim yoxdur, yardımsevərliyim zirehimdir.

Qələmim yoxdur, dəyişməzliyim qələmimdir.

Qılıncım yoxdur, zəkam qılıncımdır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0261 saniye