Sanki bəxtim məndən küsüb...
Müəllif: Movlud Aqammed
*NEYLİM***
Sanki bəxtim məndən küsüb,
Düz yolda da azdım,neylim?
Rast gəlmişəm haqsızlığa,
Əhd,ilqarı pozdum,neylim?
***
Görə-görə kor olunca,
Eşitməyim zor olunca.
Yataq yerim gor olunca,
Soyuq məzar qazdım,neylim?
***
Həsrət mənlə barışıbdı,
Dərd sinəmə daraşıbdı.
Yuxularım qarışıbdı,
Neçə yerə yozdum,neylim?
***
Uğurlarım dəydi daşa,
Mat qalmışam bu çaş-başa.
Mövlud,əcəl baxmır yaşa,
Qismət günün yazdım,neylim....
13.09.2014.Zərdabi.Mövlud Ağamməd.