Sanki olmamısan...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:39 29 iyun 2015 tarixində əlavə olunmuşdur

Sanki olmamısan mənim üçün sən,
Səni sevməyim də əfsanə imiş.
Sevgi yollarında bir-birimizdən
Bəs bizi ayıran söylə,nə imiş?

Nakam eşqimizdən doya bilmədik,
Aldı əlimizdən amansız fələk.
Üzü baharadır,yaya,bilmədik,
Günahdır qışa da vəfasız demək.

Əsdi qara yellər sevgi bağına,
Məhəbbət yolunu kəsdi qar,boran.
Vəfalı olsaydın əhdi-peymana,
Səni itirməzdim heç vaxt,heç zaman.

Sanki gəlməmisən bu dünyaya sən,
Səni sevməyim də bir yuxu imiş.
Bizi ayıran da bir-birimizdən
Sevgi hislərinin yoxluğu imiş.

31.01.1982 / Sumqayıt
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+8=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0418 saniye