Sanki
Əli İmranoğlu tərəfindən "Şeir" bolməsinə 13:29 29 mart 2015 tarixində əlavə olunmuşdur

Səni ilk gördükdə qəlbim titrədi,
Udquna bilmədim, boğuldum sanki.

Elə ki, mən sənə könlümü verdim,
Gördükcə yenidən doğuldum sanki.

Mənə öz ürəyində yer vermədin sən,
Lakin cənnət baxçasından qovuldum sanki.

Mən səni sevməkdən qürur duyurdum,
Amma sevməməyindən yoruldum sanki.

Səni unutmaq üçün qəmli dəftərə,
Mürəkkəbi qum tək savurdum sanki.

Sonra qələm və dəftər həmdəmim oldu,
Səndən az da olsa, soyudum sanki.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Əli İmranoğlu
Haqqında
mən əsərəm,heçkimin bilmədiyi bir dildə yazmış Tanrı məni.heçkim anlamır, amma hərkəs əsərə heyran düşüncəmə uyğun nələrsə yazıram. yazdığlarımı bəyənsıniz, nə xoş mənə..
Əlaqə
Tel.:
+994515891313
E-mail:
ali_aliyev14@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0452 saniye