Sanmayın Məcnun olacaq kim sevir,divanədir.....
Sanmayın Məcnun olacaq kim sevir,divanədir,
Çünki səbr etməz olar hər kim ona biganədir.
***
Mən qəmin möhtacıyam,qəmdən yanıb kül olmuşam,
Kim deyər can eşqiçün qurban verən pərvanədir.
***
Sanki dərd məndən qaçır,hər dərdimin öz dərdi var,
Dərd olubdur dərdlərim,könlüm evim viranədir.
***
Çün onun eşqiylə tərk eyləmişəm can mülkünü,
Rövzeyi-rizvan sorarsan,seyrə çıx,seyranədir.
***
Dərdi dərdnən yoğrulub,hər kəlməsindən dərd yağır,
Yetdi Mövlud vəslinə,düz əhdi var,peymanədir.
9.03.2015.Zərdabi.Mövlud Ağamməd.