Saqiya, gəzdir məni meyxanədən meyxanəyə.
Badeyi-eşqdən dönüm məstanədən məstanəyə.
Mən xəyali yar ilə öz ömrümü sər eylərəm
Yar məni salmışsa da qəmxanədən qəmxanəyə.
Yox elə söz ki, mənim nigarımı vəsf eyləsin,
Onu təşbih verirəm dürdanədən dürdanəyə.
Məhbusi-eşqəm o cananə görə gündüz-gecə,
Gəzirəm məcnun sayaq viranədən viranəyə.
Bu nə sevdadır? - Cinan görməsə də rüxsarını
Eşqni etmiş bəyan bir xanədən, min xanəyə.