Doğuldun..
Yaşayırsan..
Və bir gün öləcəksən..
Deyirdilər axı,
Saçın ucun hörməzlər.
Nə olur ki, onda?
Gülü sulu dərməzlər..
Hə, onda nə olur ki?
Uzatdığın gül qoxulu saçlarını sovurduğun küləyə mi?
Yoxsa sakitcə baxdığın o çox mənasız insanlara mı?
Hə?
Hər gecə sarı saçlarını daradığın o darağın,
Ağladığı gün idi..
O gün ki, ölümlə həyat arasında bir seçim..
Aynanın qarşısına keçdin,
Və baxdın gül qoxulu, sarı saçlarına..
Bir az kövrəldin..
Hördün ucuna qədər saçlarını,
Və baxdın aynadakı gözlərə.
Səhər artıq yox idi gül üzündə gizlətdiyi gülüşü..
Saçları isə əllərində..
Və ilk saçları küləklə rəqs etmişdi oysa ki.
Və indi sadəcə əllərində..
Gəl toplayaq yer üzündən saçları..
Bir-bir dağılıb hər teli bir səhnə ikən..
Sarı saçlı dünya olub,
Güzgüdəki ağlar ikən..