Sarı
Səfər tərəfindən "Şeir" bolməsinə 10:43 04 sentyabr 2017 tarixində əlavə olunmuşdur

 

Sarı gəlin gözəl qız, bilirəm başa düşmürsən məni

Mən səni ancaq, öz dilimdə sevə bilərəm.

Sarı gəl, sarı xanım, dilin yaddır, irqin yad

Mən səni sevdimsə, öz irqimdə sevə bilərəm.

Sarıdır bütün sevgilərin son mənzili, bilmirsən

Mən ölüb, həsrət olmuş sevgilərə, sarı deyə bilərəm.

Sarı gəl sarı xanım, qoy qısqansın zənəxdanlar, piyalələr, qara gözlər.

Görsünlər, mən qadını, necə fərqli təsvir edə bilərəm.

Sarı gəlin, sarı qız, qəlbimdəki bam telidir sarı

Mən sarı tellərinə, sarı güllər əkə bilərəm.

Niyə bu qədər doğmasan sarı?, bizdə yadın adına sarı deyərlər.

İstəsən mən səni elimə, Sarı gəlin edə bilərəm.

Sarı gəl, sarı gəlin, qəlbimdəki sarıya gəl sarıl.

Mən səni sarı tək içimdə gizlədib, sara bilərəm.

Sarıncaqlarımdır gecələr sarılıb yatdığım, xəyalın

Mən sürmə olub xəyalın gedən yola sarı, çəkilə bilərəm.

Sarılar əxlaqsız deyil yox, qaralar nə deyir desin

Mən sarı sənə qovuşum deyə, qaraların üstündən xətt çəkə bilərəm.

Sərxoş şairin canı sarıdadır sarı, ölümün rəngidir sarı

Bilmirəm amma, şairlərin serrozudur sarı deyə bilərəm.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0384 saniye