Sarkoma -ölməyəcəyik amma;
Xəyal Mahmudlu tərəfindən "Digər yazılar" bolməsinə 20:28 16 mart 2014 tarixində əlavə olunmuşdur

Bəzən gözləyərik...Bu gözləntilərin səbəbini isə heç özümüz də bilmərik.Sanki sağalmaz sarkoma xəstəsiyikmiş kimi əlimizi hər şeydən üzərik; həzzlərdən, əyləncədən, musiqidən, sevgidən, düşüncələrdən və sair və ilaxır.Hərdən gülümsəyərik, hə, özüdə hər kəsdən yaxşı gülərik.Təbii, səmimi gülüşlər üzümüzə həkk olar.Keçicidir bu da.Bir neçə dəqiqə sonra baş verəcək bədbəxt hadisədən xəbərsiz şəkildə.Hə, hər şey gözəldir, əladır, hətta superdir.Gül...Və o bədbəxtlik adlandırdığımz şey olan kimi dəyişərik.İblisəbənzərlərdən olarıq.Ruhi vəziyyətimiz ölər sanki.Nə maraq qalar, nə də o pozitiv adlandırdıqları düşüncələr.Taa ki, yenidən "dirilmə" vəziyətinə qayıdana kimi.Keçicidir, hər şey kimi bu da, o da, obirisi də.Yəni heçmi çıxış yolu yoxdur? Bu sual daima qara kabus şəklində izləyər, bizsə qaçarıq.Düşünmərik, qaçarıq, sadəcə qaçarıq....Əllərini açıb ölüm mələyi, bizi gözləyir.Ölməyəcəyik amma.

 

"Hər yerdə olan tanrı deyil, acıdır..."
             -Emil Mihai Cioran


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+35=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0218 saniye