Savant
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 15:34 24 yanvar 2015 tarixində əlavə olunmuşdur

“Qardaşım, oyan, oyanmalısan, bizi tərk edib getmə, eşidirsən? Sənsiz həyatımız necə olacaq axı?”

19 yaşlı Nərgiz əlini şüşəyə qoyub komada yatan Fəridə nə qədər baxdığının fərqinə varmırdı. Birdən çiyninə qonan əldən diksinib qorxaraq çevrildi. Qarşısında həkim dayanmışdı. Dərindən nəfəsini alıb verərək özünü sakitləşdirməyə çalışdı.

-Əgər qorxutsumsa, bağışla, qızım. Sadəcə səni neçə dəfə səsləndimsə, eşitmirdin məni, ona görə.

-Doktor, qardaşım öləcəkmi?- səsi titrəyən Nərgizin gözləri doldu.

-Bilmirəm, qızım,-sakit səslə deyərək yaxınlaşdı və Fəridə dərin-dərin nəzər saldı.-Hər şey Uca Yaradanın əlindədir.

-Ölməsin, ölməsin, doktor,- Nərgiz başını həkimin sinəsinə söykədi.-Ölsə, kim tutacaq onun yerini? Kim yumorları, mimikaları ilə güldürəcək bizi? Kim? Deyin ki, ölməyəcək, yaşayacaq. Deyin, deyin, doktor, deyin,-ağlayaraq yalvarırdı.

Həkim qızı doğmalıqla özünə sıxıb gözlərini şüşənin digər tərəfində komada yatan Fəriddən ayırmadan sakit tərzdə bildirdi:

-Yaşayacaqsan, Fərid...

Fərid əsgərlikdən təzəcə qayıtmışdı. Dostları onun şərəfinə şənlik təşkil etmişdilər. 5 dost idilər. Gecəyə qədər yeyib-içən, deyib-gülən, doyunca rəqs edib əylənən cavanlar kefi kök halında evlərinə qayıdarkən küçə davakarlarına rast gəlmişdilər. 15-16-17 yaşlı oğlanları bir-birlərindən ayırmaq, ortalığı sülh meydanına çevirmək cəhdləri uğursuzluqla nəticələnmişdi. Fəridi kobud şəkildə itələmişdilər. Başının daşa dəyməsi ilə axan isti qan hamını dəhşətə salmışdı. Davakarlar tələsik izlərini itirməyə müvəffəq olmuşdular...

7 ay keçdi. Fərid ağırlaşan göz qapaqları zorla açdı. Barmaqlarını tərpətdi. “Nə olub?” deyə beynindən sual keçdi.

Ailə, tanış-biliş-hər kəsin sevincinin həddi-hüdudu yox idi. Edilən dualar qəbul olunmuşdu. Axıdılan göz yaşları, incidilən ürəklər, yuxusuz gecələr, iştahasız günlər-hamısı artıq geridə qalmışdı. Amma ən böyük sınaq- yaddaş pozulmasının ortaya çıxaracağı nəticələr sözlə ifadə edilməz dərəcəyə yüksələcəkdir.

Fəriddə müşahidə edən qəribəliklər ailə üzvlərini heyrətlər içində buraxırdı. Piano çalmaq istədiyini dilə gətirdi. Arzusu yerinə yetirdilər. Əsl möcüzə sonrasında baş qaldırdı. Bu vaxta qədər pianoya toxunmayan Fəridin barmaqları onu mükəmməl piano ifaçısına çevirdi. Eşidən və şahidlik edən hər kəs ilk əvvəl bunun bir hallünasiya olduğunu zənn edirdi, amma zaman keçdikcə inanmalarındakı zorlaşma halları zəifləməyə başladı.

-Aman Allahım!!!

-Bu..MÖCÜZƏDİR!!!

***

Düşünün ki, başınız bir yerə dəydi və bir neçə gün özünüzə gələ bilmədiniz. Oyandığınızda isə hər şeyi fərqli görməyə başlayırsınız, musiqini, rəsmi, riyaziyyatı və bir çox şeyi… İfa edə bilmədiyiniz musiqi alətlərindən ustalıqla istifadə edirsiz, rəsm çəkməyə, ya da riyazi düsturlar həll etməyə başlayırsınız. Bu xəstələrə fransızcadan gələn ‘idiot savant' deyilir. Axmaq dahilər də deyilən savantların bir qisimi autizmli, bir qismi də beyin zədəsi almış insanlardı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0234 saniye