Saxlasın karvanı sərvan,yoldayam,
Dərdimin çarəsi dərman,yoldayam.
Çıxmışam pişvazına ol dilbərin,
Qalmışam ondan nigaran,yoldayam.
Dəmbədəm çəkməkdəyəm intizarın,
Olmuşam könlüm pərişan,yoldayam.
Vermədim bir kimsəyə razi-dilim,
Saxladım qəlbimdə pünhan,yoldayam.
Etmişəm can nağdı qurban,Mövluda,
Versə gər qətlimə fərman,yoldayam.
17.11.2014 / Zərdabi
Mövlud Ağamməd