Saxta sevgi məktubları
Əli Məhərrəmli tərəfindən "Digər yazılar" bolməsinə 13:47 19 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Sizə bir əhvalat danışacam. Deməli mənim oxuduğum universitetdə belə bir ənənə vardı. 14 fevral "sevgililər günü"nə bir həftə qalmış dəhlizin görünməyən bir yerinə üzərində "love box" yazılmış qırmızı rəngdə bir qutu qoyardılar. Bir-birinə qarşı müəyyən hisslər yaşayan, lakin sevgisini etiraf edə bilməyən tələbələr həftə ərzində məktub yazıb atardılar bu qutuya. Məktubun kimə ünvanlandığı bilinsə də, çox vaxt məktubu yazanın kimliyi anonim olardı. Çünki qutu bütün tələbələrin iştirakı ilə açılırdı və ünvanlanan şəxslərə verilirdi. Cəsarətli olanlar isə sevgilərini anonim yox, öz adları ilə aşkar yazardılar. Bu mənasız uşaq oyunu o, zaman bizim üçün çox əlamətdar, az qala həyatımızı dəyişəcək bir hadisə kimi gəlirdi. Allah Whatsapp çıxardanın atasına rəhmət eləsin. İnsanlarda nə həvəs qoyub, nə həyəcan.
Nə isə mətləbdən uzaqlaşmayım. Birinci kursda oxuyuram. Moşu demiş bığ buraxıb Qrenvil stansiyasında armud satan vaxtlarımdı. O, yaşlarda insan daha çox xəyalpərəst olur axı.

Əlqərəz fevralın 13-ü gecəni həyəcandan yata bilmədim. İndi xəyalımda düşünürəm ki, filan qrupdan filan saçlı qız, nə bilim yuxarı kursdan filan yubkalı qız yəqin narıncı bir kağıza məni sevdiklərini yazıb, üstündə ürəklər olan zərfə qoyub, atıblar o, qutuya. Sabah məktubları götürərkən necə davranmalı olduğumu öz-özlüyümdə məşq edirəm. Güzgünün önünə keçib Mustafa müəllim kimi, süni təbəssümlər, triplər filan repitisiya elədim. Səhər erkəndə oyandım. Fatmanisə toya hazırlaşan sayaq bəzənib düzəndim ki, təqdimatda qəşəng görünüm.
Dərsin sonunda hamımızı yığdılar böyük bir auditoriyaya və başladılar qutudan çıxan məktubları sahiblərinə paylamağa. Stalinqradın müdafiəsində səngərdəki əsgərlərə üçbucaq məktublar paylanırmış kimi, hamı gözünü dörd açıb öz adının çıxacağını gözləyirdi. Elə qızlar və oğlanlar oldu ki, onlara bir yox, bir neçə məktub ünvanlanmışdı. Qardaş inandırım sizi hamının adı çıxdı. Nə bilim ey bufetdə işləyən Musa dayının da adı çıxdı, həyətdəki parkovşik Müseyib kişinin adı çıxdı)). Bircə mənim adım çıxmadı. Gördüm axıra bir məktub qalıb. Düşündüm ki, bu 100 faiz mənə yazılıb. Yanımda qısasaç oğlana oxşar bir qız dayanmışdı. Bu sonuncu məktubu da çıxarıb verdilər ona. İstədim deyəm ki, ay vicdansız barı sənsə birini yalanadan da osla mənə yazardın belə rüsvay olmazdım. Gördüm ki, bu oğlansifət qız da hamı kimi xıssınnanıb bir küncə sevincək məktubunu oxuyur. Köks ötürdüm bir söz demədim.

Gəldim evə papağımı qabağıma qoyub öz - özümə dedim ki, adam bütün məğlubiyyətlərin bir səbəbi olduğu kimi, çıxış yolu da var. Və mən növbəti il çıxış yolunu tapdım. Öz adıma düz 18 dənə anonim sevgi məktubu yazıb atdım qutuya. Qutudan adım çıxdıqca mənə baxan insanların gözlərindəki parıltıdan zövq alırdım. Və mən beləcə unveristet bufetinin populyar simasına çevrildim


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+4=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0254 saniye