Sayrışan ulduzlar
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:16 01 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Payızın getdikcə soyuqlaşan axşamları. Şəhərin əsrarəngsiz gözəlliyi...

Kimisi isti ocaqlarına tələsirdi, kimisi gəzintiyə çıxırdı. Basabas, tıxac-filan...

Sevgilər yaşanırdı, ya da nöqtə qoyulurdu. Dostluqlar sınanaraq möhkəmlənirdi, bəzənsə param-parça olub qırılırdı əbədi. Ailələr mehribanlaşırdı, amma qəddarlaşanlar da qeyd edilməlidir mütləq...

Sevil qulaqcıqları taxıb siyahıdakı italyan mahnılardan birinə "start" verdi. Əyləşdiyi skamyaya rahatca söykənərək gülümsədi. Əhatəsində olduğu 5 mərtəbəli evlərə nəzər salıb üzünü göyə qaldırdı. Ulduzların gözəlliyi. Ah, necə də unikal mənzərə!!!

Sevil ayağa qalxıb gözlərini tülkü kimi qıyaraq məhəlləsinə baxdı. Uşaqlığının ən xoş xatirələri. Nostalgiya dolu anlar. Yaddaşını vərəqlədikcə kinolenti kimi gözlərinin önündə canlanırdı. Əlini balonlu jiletin cibinə salıb dərindən nəfəsini dərdi. 10 il! Düz 10 il əvvəl köç yaşanmışdı. Atasının qəfil ürək xəstəliyindən dünyasını dəyişməsi ilə...

İnsanlar saçlarını at quyruğu edərək dizdən yuxarı cins ətək geyinmiş bu qıza "əxlaqsız" gözü ilə baxmaqlarından heç də geri qalmırdılar. Sevil bunu açıq-aşkar sezirdi. Düzdür, incitməyinə incidirdi onu bu lənətəgəlmiş baxışlar, amma büruzə verməməyə səy edirdi.Baxmayaraq ki, realda "fahişə"dən heç də fərqlənmirdi. Xəstə anasına baxmaq üçün təhsilini buraxaraq bədənini satmağa başlamışdı. Artıq 3-cü ilə keçid edirdi....


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0405 saniye