Səadətimə
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 16:47 15 iyul 2015 tarixində əlavə olunmuşdur

Səadətimə
(İlk sevdiyimin toyunu təbrik edirəm)

O gecə hamının gülürdü üzü,
Gülməyən sən idin,bilmirəm nədən.
Toy da sənin idi,şadlıq,sevinc də,
Sənsə əl çəkmirdin düşüncələrdən.
****
Salıb ürəyinə qüssə,qəmləri,
Özünə gəlmirdin,dərdin böyükdü.
Yadına saldıqca ötən günləri
Deyirdin ən şirin ilk məhəbbətdi.
****
Gecdir artıq, sən ki ilk məhəbbətin
Qədrini bilmədin,itirdin onu.
Yıxıldın yolunda sən səadətin,
Başa çatdırmamış bitirdin onu.
*****
O gecə hamının gülürdü üzü,
Təkcə sən fikirli,kədərli idin.
Sən qədəm qoyurdun yeni həyata
Qədrini bilməyib ilk məhəbbətin.

10.06.1980.Axalkalaki.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+19=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0806 saniye