Sarsıldı ümüdlər, talandı ürək,
Güvən də, inam da arada itdi.
Səbəbli gəlmişdi, soruşan olsa,
Deyərsən, amma ki səbəbsiz getdi.
Bu yolun əvvəli, nə sonu yoxdu,
Könlümdə həsrətin acısı çoxdu.
Həqiqət açı bir kamandı, oxdu
Çəkərkən nizəsin səmada bitdi.
Yağdırdın üstümə bəhanə, yalan,
Mənə xatirələr tək oldu qalan.
İndi də şəklimdən təsəlli alan,
Özüm tam başqayam,rəsmimsə sərtdi.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV