Səbir et...
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 12:33 23 mart 2015 tarixində əlavə olunmuşdur

Səbir et, hər şər dediyin işdə xeyir rahı olar.

Necə ki tar gecənin nurlu bir sabahı olar.

 

Sən öz əqlinə güvən ki, nəfsini ram edəsən,

Nəfsə qul şəxslərin, əlbət, böyük iştahı olar.

 

Uyma dünyaya bir an da düşün hərdən sonunu.

Yemə məzlum malını, məzlumun Allahı olar.

 

Üz çevir əhli-bəşərdən fəqət Xaliqə yönəl,

Xaliqə yar olanın Xaliq də pənahı olar.

 

Cinan cananə görə ruhunu qurban elədi,

Hər iki dünyada o sevginin tək şahı olar.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye