Sənan ... 7-ci "Septini"-nin 1-ci psixi. Nömrə 1 psix. Tarixdə hələ belə bir dəli görülməyib. Dahi biri, dahi olduğu qədər dəli olan biri. Elvindən daha yaxşı və daha çox yazırdı. Pərvizdən çox bank soymuşdu. Tahirdən çox insan qatili idi. İlyasdan çox diplomu var idi. Nurlandan daha betər həyatı var idi, təsadüfü deyilki adı "secret" idi. İlqarın ağlına gəlməyəcək çılğınlıqlar etmişdi. Heç kəs tanımırdı Sənanı. Sadəcə adını bilirdik. Qəribə səsi var idi. Hər gün dəyişən bir səs. Daha öncə eşitdiyindən fərqli səs. Ancaq dinləyərkən bu səsi əvvəlcə eşitdiyini anlayırdın. Üzünü heç kəs görməmişdi. Özünəməxsus masqası var idi. Heç bir sənədi falan yox idi. Sadəcə bizə yazdığı məktublardan adını görmüşdük. Heç inanmırdıq ki adı Sənandır. Heç bir tanışı, qohumu, dostu da yox idi. Sadəcə adı var idi ki, onunda dəqiq olduğunu bilmirdik. Çox qəribə biri idi. Digər 6 psixdən də betər idi. Məncə biz psixləri də bir araya elə o gətirmişdi. Görünür çox ağıllı və uzaqgörən biri idi. 7 il ərzində bircə dəfə gördüm onun üzünü. Sadəcə gözlərimə baxdı. O baxışlarda çox şey gördüm. Qisas, nifrət, ağıl, cazibə ... Nə istəsən. Dəli idi. Sakit bir dəli. Çılğınlığı və ağılı ilə özündə yazıçı, xaker, qatil kimi ruhlar yaratmışdı. Özü də "heç kim" kimi. Öz kimliyi belə yox idi. Ehtiyacı belə yox idi. İdeologiyanın banisi o idi. Bizim liderimiz idi. Böyük "S" deyirdik. Çox qorxunc fikirləri var idi. Sadəcə 2 nitqi yadımda qalıb. 2007-də "Xoş gördük, psixlərim" və 2014-də "Görüşənədək, psixlərim". . . !
İdelogiya və "Sepniti" haqqda - http://yazar.in/yazi_quotseptiniquot-7-psix_1097.html